...

Slovakiyadan olan müşahidəçi: Vətəndaşların parlament seçkilərində iştirak etməkdə maraqlı olduğunun şahidi oldum

Siyasət Materials 10 Fevral 2020 11:31 (UTC +04:00)
Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, deputat Peter Marçek Azərbaycanda parlament seçkilərini müşahidə edib.
Slovakiyadan olan müşahidəçi: Vətəndaşların parlament seçkilərində iştirak etməkdə maraqlı olduğunun şahidi oldum

Bakı. Samir Əli - Trend:

Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, deputat Peter Marçek Azərbaycanda parlament seçkilərini müşahidə edib.

Trend-in məlumatına görə, bu gün keçirdiyi mətbuat konfransında P.Marçek bildirib ki, müşahidə etdiyi bütün seçki məntəqələrində insanlarla ünsiyyətdə olub və heç bir qanun pozuntusu ilə rastlaşmayıb.

O bildirib ki, seçki prosesində hər şey demokratik qaydada təşkil olunmuşdu: "Vətəndaşlarla ünsiyyətdə onların parlament seçkilərində iştirak etməkdə maraqlı olduğunun şahidi oldum. Azərbaycan xalqına və qalib namizədlərə uğurlar arzulayıram, hər şeyin daha yaxşı olmasını diləyirəm".

P.Marçek Azərbaycana bir neçə dəfə səyahət etdiyini bildirərək, ötən illər ərzində ölkəmizin daha da inkişaf etdiyini söyləyib:

"Artıq 10-cu dəfədir Azərbaycana səyahət edirəm. Ökəniz çox dəyişib və inkişaf edib. Öz biznesmenlərimizə demək istəyirəm ki, Azərbaycanda investisiya yatırmaq üçün münbit şərait var".

Qeyd edәk ki, fevralın 9-da Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib. Seçkilərdə 1314 nəfər namizəd iştirak edib.

Səsvermə hüququna malik 5 212 902 nəfər seçicidən 2 547 982 seçici səs verib. Seçici fəallığı 47.81 faiz təşkil edib.

Ən aktiv seçki dairəsi 1 saylı Şərur-Sədərək Seçki Dairəsi olub ki, burada seçici fəallığı 76,1 faiz (37 min 970 seçicidən 29 419 nəfər), ən passiv dairə olan 17 saylı Yasamal 3-cü Seçki Dairəsində isə seçici fəallığı 17,84 faiz (30 min 534 seçicidən 5 min 447 nəfər) təşkil edib.

Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləri olub. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti