...

Prezident İlham Əliyev Litvanın dövlət başçısını təbrik edib

Siyasət Materials 15 Fevral 2020 16:08 (UTC +04:00)
Prezident İlham Əliyev Litva Respublikasının Prezidenti Zati-aliləri Gitanas Nausedaya təbrik ünvanlayıb.
Prezident İlham Əliyev Litvanın dövlət başçısını təbrik edib

Bakı. Trend:

Prezident İlham Əliyev Litva Respublikasının Prezidenti Zati-aliləri Gitanas Nausedaya təbrik ünvanlayıb.

Trend-in məlumatına görə, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident, Litva Respublikasının milli bayramı münasibətilə Sizi və dost Litva xalqını Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Azərbaycan-Litva dostluq münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. İnanıram ki, bu münasibətlərin bütün sahələrdə qarşılıqlı faydalı şəkildə genişlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza sülh və rifah arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti