...

Daha iki məntəqədə səsvermənin nəticələri etibarsız sayıldı

Siyasət Materials 25 Fevral 2020 19:18 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 31 saylı Suraxanı İkinci Seçki Dairəsi ilə bağlı daxil olan müraciətə baxılıb.
Daha iki məntəqədə səsvermənin nəticələri etibarsız sayıldı

Bakı. Elçin Mehdiyev - Trend:

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 31 saylı Suraxanı İkinci Seçki Dairəsi ilə bağlı daxil olan müraciətə baxılıb.

Trend-in məlumatına görə, həmin dairə ilə bağlı daxil olan müraciətdə səsvermə günü qanun pozuntularının olduğu iddia edilib.

MSK katibi Arifə Muxtarova bildirib ki, müraciət MSK tərəfindən araşdırılıb və qeyd olunan iddialar yalnız 13 və 26 saylı seçki məntəqələrində təsdiqini tapıb. A.Muxtarova həmin məntəqələrdə səsvermənin nəticələrinin ləğv edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti