...

Rusiyanın Serov şəhərində Xocalı faciəsi anılıb (FOTO)

Siyasət Materials 26 Fevral 2020 17:36 (UTC +04:00)
Xocalı faciəsinin 28-ci il dönümü ilə bağlı Rusiyanın Serov şəhərində Azərbaycan diasporasının təşkilatçılığı ilə anım mərasimi keçirilib.
Rusiyanın Serov şəhərində Xocalı faciəsi anılıb (FOTO)

Bakı. Trend:

Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı Rusiyanın Serov şəhərində Azərbaycan diasporasının təşkilatçılığı ilə anım mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən Serov şəhərindəki Azərbaycan diasporasının rəhbəri Mirhabib Ağalarov faciə haqqında iştirakçılara ətraflı məlumat verib.

O bildirib ki, artıq dünya səviyyəsində Xocalı faciəsinə hüquqi qiymət verilir: "Uzun müddətdir aparılan təbliğat işləri nəticəsində 16 ölkədə, o cümlədən ABŞ-ın 24 ştatında Xocalıda yaşananlar Azərbaycan xalqına qarşı törədilmiş genosid aktı kimi təsbit edilib. Bu gün faciəni yad etməkdə məqsədimiz bir daha belə bir hadisənin təkrarlanmamasıdır. Sivil vətəndaşların - uşaqların, qadınların, qocaların qəddarlıqla öldürüldüyü bu faciə hər zaman xatırlanmalıdır".

Daha sonra çıxış edən Serov Azərbaycan diasporasının gənclər təşkilatının rəhbəri Ləman Salayeva Xocalı həqiqətlərinin gənclərə çatdırılmasının önəmini qeyd edib.

Ləman Salayeva deyib ki, Xocalı həqiqətlərinin dünyaya çatdırılması bütün azərbaycanlıların vəzifəsidir: "Dünya birliyi Azərbaycan xalqının yaşadığı əzabları bilməlidir, Xocalı faciəsinə hüquqi qiymət verilməlidir. Biz bu keçmişi unuda bilmərik". "Biz bu şəhərdə sülh şəraitində birgə fəaliyyət göstəririk. Məqsədimiz budur ki, bir daha Xocalı kimi insanlığa yönəlmiş cinayətlər təkrarlanmasın" – deyən "Çulpan" Tatar-başqırd mədəniyyət mərkəzinin nümayəndəsi Rozaliya Sintsova bildirib ki, Azərbaycan xalqının yaşadığı Xocalı faciəsi bütün insanlığa qarşı törədilmiş amansız qətliamdır.

Tədbirə bədii hissə ilə yekun vurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti