Bakı. Trend:
Prezident İlham Əliyev Ağstafa, Gədəbəy, Şəmkir və Tovuz rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Trend-in məlumatına görə, sərəncamda qeyd edilir:
Ağstafa, Gədəbəy, Şəmkir və Tovuz rayonlarında ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin (siyahı əlavə olunur) qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbləğin 8,19 milyon (səkkiz milyon bir yüz doxsan min) manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılsın.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Ağstafa, Gədəbəy, Şəmkir və Tovuz rayonlarında 2020-ci ildə qazlaşdırılması nəzərdə tutulan ərazi vahidlərinin SİYAHISI:
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 3 mart tarixli Sərəncamı ilətəsdiq edilmişdir
Sıra №-si |
Ərazi vahidləri |
Ağstafa rayonu |
|
1. |
Dağ Kəsəmən kəndində yeni massiv |
Gədəbəy rayonu |
|
1. |
Arıqıran kəndi |
2. |
Gərgər kəndi |
3. |
Qasımlı kəndi |
Şəmkir |
|
1. |
Aşağı Çaykənd kəndi |
2. |
Şəmkir şəhərində 2 yeni massiv |
Tovuz rayonu |
|
1. |
Cirdək kəndi |
2. |
Çatax kəndi |
Sıra №-si |
Ərazi vahidləri |
Ağstafa rayonu |
|
1. |
Dağ Kəsəmən kəndində yeni massiv |
Gədəbəy rayonu |
|
1. |
Arıqıran kəndi |
2. |
Gərgər kəndi |
3. |
Qasımlı kəndi |
Şəmkir |
|
1. |
Aşağı Çaykənd kəndi |
2. |
Şəmkir şəhərində 2 yeni massiv |
Tovuz rayonu |
|
1. |
Cirdək kəndi |
2. |
Çatax kəndi |