...

Ankarada Xocalı soyqırımı parkı və abidə kompleksinin tikintisinə başlanılıb (FOTO)

Siyasət Materials 4 Mart 2020 16:42 (UTC +04:00)
Türkiyənin paytaxtı Ankara şəhərində Xocalı soyqırımı parkı və abidə kompleksinin tikintisinə başlanılıb.
Ankarada Xocalı soyqırımı parkı və abidə kompleksinin tikintisinə başlanılıb (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun elmi dəstəyi ilə Xocalı soyqırımı parkı və abidə kompleksinin tikintisinə başlanılıb.

Trend-in məlumatına görə, bunu Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin sədri Əhməd Baba deyib.

Onun sözlərinə görə, bu kompleks Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyi ilə Ankaradakı Yıldırım Bəyazid Universiteti arasında imzalanan anlaşmaya əsasən universitet ərazisində fəaliyyət göstərəcək.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyində olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti