...

Elşad Mirbəşiroğlu: Dövlətçiliyimiz naminə bütün siyasi qüvvələr birlikdə hərəkət etməlidir

Siyasət Materials 11 Mart 2020 20:38 (UTC +04:00)
Dövlətçiliyimiz naminə bütün siyasi qüvvələr birlikdə hərəkət etməli və problemlərin həllinə töhfələr verməlidirlər.
Elşad Mirbəşiroğlu: Dövlətçiliyimiz naminə bütün siyasi qüvvələr birlikdə hərəkət etməlidir

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlətçiliyimiz naminə bütün siyasi qüvvələr birlikdə hərəkət etməli və problemlərin həllinə töhfələr verməlidirlər.

Bunu Trend-ə Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədr müavini, siyasi elmlər doktoru, politoloq Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, problemlərimizin ölkə hüdudlarından kənara çıxması bizi istəməyən xarici qüvvələrin Azərbaycana qarşı istifadə edə biləcəyi siyasi alətə çevrilə bilər:

"Nəzərə almaq lazımdır ki, həqiqətən də dünyada risklərin, təhlükələrin getdikcə daha çox artdığı bir dövrü yaşayırıq. Miqrant böhranı, dini və etnik zəmində baş verən münaqişələr hətta ən inkişaf etmiş dövlətlər üçün belə böyük fəsadlar törədir. Bunlar nəzərə alınaraq, Azərbaycanın daxili problemləri ölkə daxilində həll olunmalıdır. Bu, çox vacib məqamdır. Hər birimizə məlumdur ki, Azərbaycanın inkişafının təməlində möhkəm xalq-iqtidar birliyi dayanır. Bunlara görə də hər bir millət vəkili cənab Prezidentin tövsiyələrinə əsaslanaraq vətəndaşların problemlərinin dərhal və operativ şəkildə öz həllini tapması üçün var gücü ilə çalışmalıdır. Əminəm ki, yeni formalaşmış parlament müstəqilliyimizin daha möhkəmlənməsi, sabitliyimizin qorunması və davamlı inkişafımızın təmin olunmasına mühüm töhfələr verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti