...

Yeni seçilən deputatlara vəsiqələri təqdim edilib

Siyasət Materials 13 Mart 2020 12:08 (UTC +04:00)
Azərbaycan Milli Məclisinin 2020-ci il yaz sessiyasının iclası keçirilir.
Yeni seçilən deputatlara vəsiqələri təqdim edilib

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Milli Məclisinin 2020-ci il yaz sessiyasının iclası keçirilir.

Trend-in məlumatına görə, iclası Milli Məclisin Sədri Sahibə Qafarova açaraq gündəliyi təqdim edib.

İclasın gündəliyinə 18 məsələ daxildir.

Plenar iclasda yeni seçilən deputatlara vəsiqələri təqdim edilib. Vəsiqələri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov təqdim edib.

MSK sədri çıxış edərək bildirib ki, seçkilər qanunvericiliyin tələblərinə uyğun şəkildə keçirilib:

"Proseslər tamamilə başa çatıb, siz fəaliyyətə başlamısınız. Sizə uğurlar arzu edirik. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq da bu gün sizlərə vəsiqələr təqdim edilir. Sizi ürəkdən təbrik edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti