Vətəndaşlar Prezidentə yazırlar: Atdığınız addımlar Sizin nə qədər güclü və qayğıkeş Prezident olduğunuzun göstəricisidir

Vətəndaşlar Prezidentə yazırlar: Atdığınız addımlar Sizin nə qədər güclü və qayğıkeş Prezident olduğunuzun göstəricisidir

Bakı. Trend:

Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlara, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlərə görə Azərbaycan vətəndaşlarından dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir. Vətəndaşlarımız Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə edirlər.

Trend Prezidentin saytına istinadla dövlətimizin başçısına ünvanlanan məktubların bir qismini təqdim edir.

Laçın rayonundan məcburi köçkün, 2-ci qrup Qarabağ müharibəsi əlili Müseyib İbrahimov yazır: “Cənab Prezident, dünyanı cənginə alan koronavirusun ölkəmizə təsirinin minimuma endirilməsi üçün görülən tədbirlər Sizin hər bir azərbaycanlının Prezidenti olduğunuzu sübut edir. Bu infeksiyanın dünyanın ən qüdrətli ölkələrində ciddi tələfatlara səbəb olsa da, Azərbaycana ciddi ziyan vura bilməməsi bir daha göstərdi ki, respublikamızda görülən tədbirlər səmərəlidir. Bu da ölkəmizin əmin əllərdə olduğunu bir daha nümayiş etdirir, xalqımızı qürurlandırır.

Cənab Prezident, hər bir vətəndaşın qayğısına qalaraq ölkəmizin inkişafı, xalqımızın rifahı üçün yorulmadan çalışdığınıza görə Sizə və Mehriban xanım Əliyevaya dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Allah Sizi və ailənizi qorusun!”.

Neftçala rayonunun Ərəbqardaşbəyli kəndindən Qarabağ müharibəsi veteranı Naib Məmmədovun məktubunda deyilir: “Möhtərəm cənab Prezident, Siz bizim güvən yerimiz və dayağımızsınız. Sizə təşəkkür etməklə az da olsa, borcumdan çıxmağa çalışdım.

Əziz Prezidentimiz, hazırda dünyada baş verən hadisələr hamıya bəllidir. Belə bir çətin dövrdə Sizin pandemiya ilə qətiyyətlə mübarizə apardığınızın şahidiyik. Eyni zamanda, ədalətsiz, rüşvətxor məmurlara qarşı apardığınız mübarizə də göz qabağındadır. Bir Qarabağ qazisi olaraq hər zaman Sizin yanınızdayam, möhtərəm cənab Prezident!

Koronavirus kimi qlobal məsələlər fonunda əhalinin sosial rifahı üçün atdığınız addımlar Sizin nə qədər güclü və qayğıkeş Prezident olduğunuzun göstəricisidir. Qonşu Bala Surra kəndinin qazlaşdırılması istiqamətində görülən işlərə görə bütün kənd sakinləri adından Sizə təşəkkür edir, gələcək işlərinizdə uğurlar arzulayıram”.

Goranboy rayonunun Meşəli kəndindən gənc müəllim Elçin Nurməmmədov dövlətimizin başçısına minnətdarlığını bu sözlərlə ifadə edir: “Hörmətli cənab Prezident, koronavirus pandemiyasının geniş yayıldığı bir dövrdə xalqımıza göstərdiyiniz diqqət və qayğıya görə gənc müəllim olaraq öz adımdan və ailəmizin adından Sizə təşəkkürümü bildirirəm. Pandemiyanın qarşısını almaq məqsədilə görülən bütün tədbirlər alqışalayiqdir. Sizin daim diqqət mərkəzində saxladığınız sahələrdən biri də təhsildir. Biz müəllimlər təhsilin, həmçinin qaçqınların və məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılmasının hər zaman diqqətinizin mərkəzində olmasının şahidiyik.

Cənab Prezident, əmin ola bilərsiniz ki, "Biz birlikdə güclüyük!" çağırışınızı biz müəllimlər də yaşam amalına çevirmişik. Bundan sonra da əlimizdən gələni əsirgəməyəcək, müstəqil, güclü Azərbaycan dövlətinin və xalqının etibarlı və firavan gələcəyinə, sosial rifahına hesablanmış uzaqgörən siyasətinizi daim dəstəkləyəcəyik. Ulu Tanrı xalqımızın daha sağlam və firavan sabahı naminə Sizi və ailənizi qorusun!”.

Göyçay rayonunun sakini Ceyhun Mütəllimov yazır: “Hörmətli cənab Prezident, xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir. Bu sözlər Ulu Öndərimiz Heydər Əliyevə məxsusdur. Bu gün xalqımızın üzləşdiyi çətin günlərdə Sizin həyata keçirdiyiniz işlər hər bir vətəndaşın taleyinin dövlət üçün nə qədər qiymətli olduğunu göstərdi. Xalq-iqtidar birliyini yaratdığınıza görə Sizə bir Azərbaycan ziyalısı kimi öz minnətdarlığımı bildirirəm. Sizin gördüyünüz bütün işlər xalqın həyat səviyyəsinin yaxşılaşdırılması üçündür. Fəaliyyətiniz göz qabağındadır. Xalq Sizi sevir, daxili və xarici siyasətinizi alqışlayır, xoş və çətin günlərdə Sizinlə birgə olduğunu bildirir.

Cənab Prezident, biz Sizinləyik, biz birlikdə güclüyük!”.

Siyəzən rayonunda yaşayan məktəbli Seyidzəhra İsmayılova: “Əziz və hörmətli Prezidentimiz, mənim 12 yaşım var. Bir məktəbli olaraq Sizinlə fəxr edirəm. Çox sevinirəm ki, ölkəmizə Sizin kimi uzaqgörən siyasi xadim rəhbərlik edir. Bizim ailəmiz Sizi daim dəstəkləyib, bundan sonra da dəstəkləyəcək. Dünyada yayılmış koronavirus pandemiyası ölkəmizdən də yan keçmədi. Lakin Sizin tapşırığınızla görülən işlər bu bəlanın qarşısını almağa kömək etdi. Qaydalara tam riayət edirəm. Bir məktəbli olaraq əminəm ki, Sizin müdrik rəhbərliyinizlə biz tezliklə bu bəladan xilas olacağıq. Əminəm ki, tezliklə məktəblər açılacaq və biz təhsilimizi davam etdirəcəyik. Allah Sizi və xalqımızı qorusun!”.

Kürdəmir rayonunda yaşayan 71 yaşlı təqaüdçü müəllim Elza Yunusova xalqımıza göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edərək yazır: “Əziz və hörmətli Prezidentimiz, mən 71 yaşlı təqaüdçü müəllim, tələbə, əsgər nənəsi olaraq Sizə və Mehriban xanıma xalqımıza qayğı ilə yanaşdığınıza görə təşəkkür edirəm. Dünyanı qəflətən bürüyən koronavirus bəlasının yaratdığı çətin dövrdə Siz hamımıza hərtərəfli dayaq oldunuz, hər bir vətəndaşı ayrı-ayrılıqda diqqət və qayğı ilə əhatə etdiniz. Xalqına daim böyük qayğı göstərən, onun yolunda hər bir çətinliyə sinə gərən ulu öndər Heydər Əliyevin varisi, düşünürəm ki, belə də etməlidir. Allahdan Sizə möhkəm cansağlığı arzu edirəm. Bu xeyirxah əməllərinizdə yolunuz daim açıq, işiniz avand olsun”.

Yevlax rayonunun Ərəş kəndinin sakini Mais Mehdiyevin məktubunda qeyd edilir: “Hörmətli cənab Prezident, dünyanı öz əsarətinə almış koronavirus xəstəliyi Azərbaycana çox zəif təsir göstərə bildi. Sizin uğurlu daxili və xarici siyasətiniz dünya ictimaiyyəti tərəfindən hörmətlə qarşılanır. Pandemiya dövründə Azərbaycanda xalqın maarifləndirilməsi, karantin rejiminin düzgün həyata keçirilməsi, həkimlərin, tibb işçilərinin gərgin fəaliyyəti ilə dövlətimiz koronavirus xəstəliyinə qalib gəlməkdədir. Bu işlərin hamısı Sizin və Mehriban xanımın sayəsində həyata keçirildi. İşləməyən insanlara birdəfəlik 190 manat verilməsi də bütün xalqın sevincinə səbəb olub. Mən bir zəhmətkeş insan kimi deyirəm ki, Sizin adınız tarixə qızıl hərflərlə həkk olunur.

Möhtərəm Prezident, bizim kənd da daxil olmaqla üç kəndin əhalisi yolumuzun yaxşı vəziyyətdə olmaması ilə əlaqədar Sizə məktub ünvanlamışdıq. Sizin tapşırığınızla bu kəndlərin yoluna geniş və keyfiyyətli asfalt döşənib, 5-6 yerdə dayanacaqlar quraşdırılıb. Həmin kəndlərin əhalisi də Sizə uzun ömür, cansağlığı arzulayır”.

Sabirabad rayonundan Gülər Xankişizadə yazır: “Hörmətli cənab Prezidentimiz, mən Sizə çox minnətdaram. Ona görə ki, bütün dünyanın çətin vəziyyətdə olduğu bir vaxtda Siz xalqımızın yanında oldunuz. Biz magistrlərın müavinətlərini, müəllimlərin və digər dövlət işçilərinin maaşlarını verdiniz. Əhaliyə bu çətin zamanda böyük dayaq oldunuz. Hazırda korrupsiya ilə bağlı gördüyünüz işlər çox təqdirəlayiqdir. Siz bizim sağlamlığımızı bizdən daha çox qoruyursunuz. Bütün bunlara görə Sizə bir daha təşəkkür edirəm”.

Bakı şəhərinin Nərimanov rayonunun sakini Şaiq İsmayılov: “Hörmətli cənab Prezident, yaxşı anlayıram ki, hazırda dünyada və ölkəmizdə mövcud olan vəziyyətlə əlaqədar gərgin iş qrafikində çalışırsınız. Bu çətin vəziyyətdə xalqımıza göstərdiyiniz dəstəyə, etdiyiniz yardıma görə şəxsən öz adımdan və ailəmin adından Sizə təşəkkürümü bildirirəm. Sizə işlərinizdə uğurlar arzu edirəm. Allah köməyiniz olsun. Sizə uzun ömür, möhkəm cansağlığı diləyirəm, hər zaman sağlam olun. Allah Sizi Azərbaycan xalqına çox görməsin!”.

Cəbrayıl rayonundan məcburi köçkün, 86 yaşlı Zərnisə Allahverdiyeva dövlətimizin başçısına minnətdarlıq edərək yazır: “Hörmətli cənab Prezident, 86 yaşlı ana kimi Cəbrayıl rayonundan məcburi köçkünlər adından bu çətin günlərdə bizlərə və bütün xalqımıza göstərdiyiniz dəstəyə görə Sizə minnətdarlığımızı bildirir, bütün qərarlarınızı dəstəklədiyimizi bəyan edirəm. Sizin bu günlərdəki fədakarlığınız göz önündədir və indiki ağır vəziyyətdə xalqımızı düşündüyünüz, hər bir vətəndaşa dəstək olduğunuz üçün çox sağ olun. Koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının vaxtında alınması üçün gördüyünüz tədbirləri alqışlayır, tövsiyələrinizi yüksək dəyərləndiririk. Hər zaman Sizə minnətdarıq. Var olun, cənab Prezident!”.

Bu il Azərbaycanda bərpa olunan enerji üzrə ilk hərracın keçirilməsi planlaşdırılır
Bu il Azərbaycanda bərpa olunan enerji üzrə ilk hərracın keçirilməsi planlaşdırılır
TANAP vasitəsilə 9 milyard kubmetrdən çox qaz nəql edilib
TANAP vasitəsilə 9 milyard kubmetrdən çox qaz nəql edilib
Nazirlər Kabineti yaşayış yeri olmayan prokurorluq işçilərinə verilən kompensasiyaya dair Qərar verib
Nazirlər Kabineti yaşayış yeri olmayan prokurorluq işçilərinə verilən kompensasiyaya dair Qərar verib
Loading Bars
Xəbər lenti
Bu il Azərbaycanda bərpa olunan enerji üzrə ilk hərracın keçirilməsi planlaşdırılır
Avropa İttifaqı peyvəndinin bir hissəsini tərəfdaş ölkələrə ayıracaq
Portuqaliya hakimiyyəti Britaniya ilə uçuşları dayandıracaq
ÜST: Dünyada ötən sutka koronavirusa 610 mindən çox yoluxma qeydə alınıb
Cəbhəboyu ərazilərdə çoxlu sayda silah-sursat aşkar edilib (FOTO)
İngiltərə Premyer Liqası: "Liverpul" 68 matçlıq məğlubiyyətsiz seriyasını dayandırıb
Türkiyədə son sutkada koronavirusdan 6 113 nəfər sağalıb
Şahbuzda zəlzələ qeydə alınıb
Türkiyə XİN: Azərbaycan ilə Türkmənistan arasında imzalanan Anlaşma Memorandumunu məmnuniyyətlə qarşılayırıq
Böyük Britaniyada gün ərzində 1,3 min insan COVID-19-dan ölüb
Azərbaycan və Fransa XİN başçıları telefonla danışıblar
Gəncədə ev yanıb
Azərbaycan və Türkmənistan XİN rəhbərləri arasında görüş keçirilib
Azərbaycan Ordusunun əsgəri mina partlayışı nəticəsində həlak olub
Xarici İşlər naziri Ceyhun Bayramov Türkmənistan Prezidenti tərəfindən qəbul olunub
Ceyhun Bayramov Türkmənistana səfəri çərçivəsində bir sıra görüşlər keçirib
Bakıda fərdi evdə baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Xəzərdə DOSTLUQ qalib gəldi - Prezident İlham Əliyev yeniliklərin olacağını anons etmişdi
Pandemiya dövründə Azərbaycanda cinayətkarlıq hansı səviyyədə olub? - MÜQAYİSƏ
TANAP vasitəsilə 9 milyard kubmetrdən çox qaz nəql edilib
Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan DİN-in çavuşu (FOTO)
Nazirlər Kabineti yaşayış yeri olmayan prokurorluq işçilərinə verilən kompensasiyaya dair Qərar verib
Ermənistanda daxili gərginlik dərinləşir - Əsgər anaları Qarabağda xidmətə etiraz edir
Azərbaycan və Türkmənistan əməkdaşlığının inkişafı regionun iqtisadi rifahına xidmət edir - Naqif Həmzəyev
Baytarlıq preparatlarının heyvandarlıqda istifadəsinin elmi qiymətləndirilməsi həyata keçirilib
Şuşa artıq etibarlı əllərdədir - Elşən Musayev
Kəlbəcər rayonunun Kəndyeri kəndi (FOTO/VİDEO)
Fransada fövqəladə vəziyyət payızadək uzadıla bilər
"Azernews" qəzeti: Ermənistanın otuz illik işğal zamanı Azərbaycana qarşı törətdiyi ekoloji terror
8 prokurorluq əməkdaşı cəzalandırılıb, 2-si vəzifəsindən azad edilib
Ermənistanın növbəti YALANI:Terrorçuları hərbi əsir kimi qələmə verməyə çalışırlar
Azərbaycan SOCAR-ın səhmlərini satmağı planlaşdırmır - Mikayıl Cabbarov
Bu ölkələrdən quş və quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyuldu
14 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb (FOTO/VİDEO)
Bakı şəhər prokurorluğu orqanları əməliyyat müşavirəsi keçirib
“Dostluq” yatağı Azərbaycanla Türkmənistan arasında qardaşlığın rəmzinə çevrilir
Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçirilib (FOTO)
"Reza Deqhati, günümüzün şahidi, Azərbaycanla bağlı xatirələr" adlı vebinar keçirilib (FOTO)
ADU-nun şəhid tələbəsi haqqında kitab çap olunub
Paşinyanın etirafı bəzi erməni rəsmilərinin Şuşanın onlara məxsus olması barədə cəfəng fikirlərini alt-üst etdi - Tural Gəncəliyev
Ağır yaralanan qazimiz şəhid oldu (FOTO)
"Dostluq" layihəsi Azərbaycanın neft-kimya sənayesinin inkişafına xidmət edəcək - Metyu Brayza
20 Yanvar faciəsi ilə bağlı məlumatlar yapon dilində təqdim olunub
Milli Məclisin Səhiyyə komitəsi iş planını açıqladı
Azərbaycanda 770 nəfər COVID-19-dan sağalıb, 218 nəfər yoluxub, 9 nəfər vəfat edib
Gəncədə “COVID-19”-a qarşı vaksinasiya prosesinə başlandı (FOTO)
Vətən müharibəsində 65 mədəniyyət işçisi döyüşlərə qatılıb, 8-i şəhid olub
Filippin və İndoneziyada güclü zəlzələ olub
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
"Dostluq" yatağı ilə bağlı memorandum tarixi əhəmiyyət daşıyır - Deputat
Türkmənistan və Azərbaycan iki müstəqil dövlət kimi münasibətləri ardıcıl olaraq inkişaf etdirirlər - Qurbanqulu Berdiməhəmmədov
Azərbaycanın Belarusdakı səfirliyində 20 Yanvar faciəsi anılıb (FOTO)
Unibank müştəriləri üçün vacib məlumat!
"Dostluq" yatağı Azərbaycanla birgə iş üçün yeni imkanlar açır - Qurbanqulu Berdiməhəmmədov
Prezident İlham Əliyev: Azərbaycan ilə Türkmənistan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq daha yüksək səviyyəyə çatacaq
Prezident İlham Əliyev: Anlaşma Memorandumunun imzalanması çoxillik gərgin fəaliyyətinin nəticəsidir
Prezident İlham Əliyev: Xəzərin qorunması üzrə birgə fəaliyyət üçün ölkələrə yeni imkanlar açan Konvensiya razılaşdırılıb
Bakıda küçədən tapılan 12 yaşlı qız ailəsinə verildi
Bəzi mövzular üzrə suallar buraxılış və qəbul imtahanlarına daxil edilməyəcək - SƏBƏB
Şagirdlərin qış tətilinin vaxtı açıqlandı
Azərbaycan Prezidenti: Xəzər mehriban qonşuluq dənizi, əməkdaşlıq dənizidir
Prezident İlham Əliyev: Bu Memorandumu imzalamağımız əlamətdar hadisədir, onun müsbət nəticələri olacaq
Virtual dərslərə qoşula bilməyən şagirdlər də qiymətləndirmədə iştirak etməlidirlər - RƏSMİ
Qiymətlərindən narazı qalan şagirdlər apelyasiyaya müraciət edə bilərlər - Təhsil Nazirliyi
Azərbaycan Prezidenti: Anlaşma Memorandumu Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır
Füzuli rayonunun Dördçinar kəndi (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır
Tədris distant formada olubsa, biliklər də bu formada qiymətləndirilməlidir - Nazirlik rəsmisi
Masallıda ev yanıb
Vətən müharibəsində 2 858 şəhidin şəxsiyyəti müəyyən edilib - Hərbi prokuror
Hindistanda vaksin istehsal olunan institutda yanğın baş verib
Ötən il 19 nəfər hərbi prokurorluq işçisi məsuliyyətə cəlb edilib
Azərbaycanda baş verən hərbi xidmət əleyhinə olan cinayətlər 47,6% azalıb - Xanlar Vəliyev
Azərbaycan dünya təcrübəsinə əsaslanaraq idman zallarını aça bilər - Əməkdar idman ustası
“YAŞAT” Fondu tərəfindən şəhid və qazi ailələri tibbi müayinələrdən keçirilib (FOTO)
Qadın idman gimnastikası üzrə yığma komandaya yeni baş məşqçi təyin olundu
Məcburi köçkünlər tezliklə doğma yurdlarına qayıdacaqlar - Dövlət komitəsi
20 yanvar günü evini tərk edən 2 koronavirus xəstəsinə cinayət işi başlandı
Postlardan keçməyə cəhd edən 2 315 avtomobil geri qaytarılıb, 3 nəfər həbs edilib
İdarəetmədə çevikliyin və səmərəliliyin artırılması hədəflərə qısa zamanda çatmağı stimullaşdıracaq - Vüqar Rəhimzadə
SOCAR AVIATION Adnan Menderes hava limanında yanacağı öz məntəqəsindən təmin etməyə başlayıb
Neftçalada peyvəndlənmə ilə bağlı hazırlıq işləri yekunlaşıb (FOTO)
Azərbaycanda portağal sahələrinin güzəştli sığortası başlandı
SOCAR AVIATION təyyarələri üçün yanacağı öz məntəqəsindən təmin etməyə başlayıb
Dövlət Reklam Agentliyi “ARTREKLAM”ın kreditorlarına müraciət edib
İranda bir gündə 93 nəfər koronavirusdan ölüb
Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağının birgə işlənməsinə dair Memorandum imzalanıb
Azərbaycan Bakı-Tbilisi-Ərzurum kəməri ilə qaz ixracını artırıb
Qarabağ qazisi ölümdən necə xilas oldu? - Trend TV cərrahi əməliyyatın görüntülərini təqdim edir (VİDEO)
"Dostluq" yatağı ilə bağlı memorandum Azərbaycan-Türkmənistan münasibətlərində yeni səhifədir - SOCAR
Dillər Universitetində Çin dili üzrə metodik seminar keçirilib
ƏDV faizlərini geri alanlar üçün ikiqat qazanc!
“Qafqazda ərəbcə məktubat ənənəsi nümunələri (XIX-XX əsrlər)” kitabı nəşr olunub
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Bağdadda 3 il sonra ilk partlayış - Ölü sayı artır (YENİLƏNİB)
Türkiyəli mütəxəssislər Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib (FOTO)
ƏDV-ni geri alan BirBank istifadəçiləri Visa-dan əlavə pul qazana bilərlər!
Şuşada erməni kilsəsi olmayıb - Tarixi FAKTLAR (FOTO)
Ənənəvi təhsil nə zaman bərpa olunacaq? - AÇIQLAMA
Vətən müharibəsində iştirak etdiyinə görə təltif olunan 57 dəmiryolçu
Bütün xəbərlər