Tarixçi: AXC dövründə Azərbaycan torpaqlarının Ermənistana verilməsi acı tarixdir (FOTO)

Tarixçi: AXC dövründə Azərbaycan torpaqlarının Ermənistana verilməsi acı tarixdir (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan dövlətçililik tariximizdə xüsusi yeri olan, bugünkü müstəqil Azərbaycan Respublikasının siyasi və hüquqi varisi olan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə Azərbaycan torpaqlarının Ermənistana verilməsi ilə bağlı qərar torpaqlarımızın itirilməsi baxımından acı tarixdir.

Bunu Trend-ə AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı deyib.

Onun sözlərinə görə, həmin dövrlə bağlı məlumatlar Azərbaycan və xarici ölkələrin arxiv materiallarında, sənədlərdə, elmi ədəbiyyatda, dövrü mətbuatda və s.-də öz əksini bu və ya digər şəkildə tapıb.

Tarixçi qeyd edib ki, tarixi sənədlərə əsasən, Azərbaycan Milli Şurası 1918-ci il mayın 29-da İrəvan şəhərinin siyasi mərkəz kimi ermənilərə verilməsi haqqında qərar verib. Həsənbəy Ağayevin sədrliyi ilə keçən iclasda F.X.Xoyski, M.Cəfərov, M.Hacınski, A.Mahmudbəyov, F.Köçərlinski, Məlik Yeqanov, R.Vəkilov, H.Şahtaxtinski, A.Axundov, M.K.Məmmədbəyov, X.Məlik-Aslanov, C.Hacınski, C.A.Ağamalov, Şərifov iştirak ediblər.

S.Talıblı qeyd edib ki, xarici və regional güclərin təzyiqi nəticəsində Azərbaycan Milli Şurası 29 mayda ermənilərə Azərbaycanın 9,2 min ərazisini güzəştə gediblər. Ermənilər isə bu “güzəşt"in müqabilində Azərbaycana qarşı artıq ərazi iddiaları irəli sürməyəcəklərini bildiriblər. Lakin buna baxmayaraq, Ermənistan Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasətini istər sovet, istərsə də müstəqillik dövründə davam etdirib. Mənbələrdə İrəvanın ermənilərə verilməsi məsələsi ilə bağlı amillər sırasında AXC-nin daxili və xarici vəziyyəti, region və xarici ölkələrin AXC-yə təzyiqi, maraqları və s. amillər qeyd edilir:

"Özlərini "məzlum bir xalq” kimi göstərərək dövlət yaratmaq istəyən ermənilər XVIII əsrdən üzü bəri çar Rusiyası və digər dövlətlərə arxalanaraq tarixi Azərbaycan torpaqlarının işğalına başlayıblar. Rusiya imperatoru I Pyotrun (1682-1725) Azərbaycanı, Türkiyəni, İranı işğal edib Fars körfəzinin isti sularına çıxmaq haqda arzusuna söykənən ermənilər 1722-ci ildə bu ərazilərdə “Böyük Ermənistan dövləti” yaratmaq xülyası ilə I Pyotrun qəbulunda olub, “Şərq yürüşündə” ermənilərin canla-başla rus ordusunun və kəşfiyyatının xidmətində olacağına sədaqətlə söz veriblər. Türkmənçay müqaviləsindən sonra xalqımıza məxsus İrəvan əyaləti və onun ətrafındakı torpaqlarda etnik təmizləmə aparılaraq erməniləri İrəvanda yerlədiriblər. Çar Rusiyası İrəvan və onun ətrafındakı əyalət və yaşayış məntəqələrinin statistikası və demoqrafik vəziyyəti haqda məlumatları tərtib edib mərkəzə çatdırmaq məqsədilə İvan Şopen adlı məmuru bir heyətlə İrəvana göndərir. İ.Şopenin başçılığı ilə tərtib edilmiş statistikada Türkmənçay müqaviləsindən sonrakı vəziyyəti belə şərh edib: “Ermənilərin arzusu ilə ruslar İrəvan mahalını və onun ətrafındakı dörd xanlığı, 41 bəyliyi və sultanlığı ləğv edib türkləri oradan köçməyə məcbur ediblər. Torpaq və əmlaklar gəlmə ermənilər arasında bölünüb”. İrəvanda yaşayan əhalinin 143 000 nəfərdən 117 849 nəfəri azərbaycanlıdan, cəmi 25 151 nəfəri gəlmə ermənilərdən ibarət olub. 1828-1832-ci illərdə İrəvandakı azərbaycanlıların sayı 100 000 nəfər azaldığı halda, ermənilərin sayı gəlmələrin hesabına 82 377 nəfər artıb. O dövrdə rus məmurlarının yazılı məlumatlarına əsasən, XIX əsrin 30-cu illərində İrəvan sakinlərinin 80 %-dən çoxu türklərdən ibarət olub. Halbuki sonrakı illərdə erməni zorakılığı nəticəsində 6 böyük məscidi, 50 savadlı ali müsəlman ruhanisi olan və 1807 azərbaycanlı ailəsinin yaşadığı İrəvan şəhəri XIX əsrin sonunda erməni şəhərinə çevrilib".

Tarixçi qeyd edib ki, 1918-1920-ci illərdə indiki Ermənistan ərazisində yaşamış 565 min azərbaycanlı öldürülmüş və doğma torpağından didərgin düşmüşdü. Bu rəqəmi Z.Kirokodyan özünün "Sovet Ermənistanının əhalisi 1831-1931" kitabında təsdiq edərək "1920-ci ildə sovet hökumətində daşnaklardan cəmi 10 min nəfərdən bir qədər artıq türk (azərbaycanlı) əhali qalıb. 1922-ci ildə 60 min qaçqın geri qayıtdıqdan sonra azərbaycanlılar burada 72 min 596 nəfər, 1931-ci ildə isə 105 min 838 nəfər olmuşdur" yazır.

S.Talıblı əlavə edib ki, İrəvan quberniyasının 1920-ci ilədək Azərbaycanın tərkibində olan qəzalarında olan 99 min nəfərdən 62,6 mini azərbaycanlı (66 faiz), 36,4 min nəfəri erməni (34 faiz) olub.

İrəvan quberniyasının Eçmiədzin, Yeni Bəyazid, Sürməli qəzalarında isə azərbaycanlılar əhalinin üçdə birini təşkil etmişdi. 1916-cı il yanvarın 1-nə olan məlumata görə, İrəvan qəzasında 74,2 min nəfər və ya 48 faiz, Zəngəzur qəzasında 119,5 min və ya 53,3 faiz, Yeni Bəyazid qəzasında 50,7 min nəfər, Sürməli qəzasında 45 min nəfər azərbaycanlı olub:

"Bu rəqəmlər əyani surətdə sübut edir ki, XIX və XX əsrlərin əvvəllərində indiki Ermənistanın ərazisində yerli əhali olan azərbaycanlılar əksəriyyət təşkil etmişlər. Bütün qeyd olunan statistik və xarici sənədlərə baxdıqda məlum olur ki, istər əhalinin say tərkibi, istərsə tarixi ərazilər baxımından, istərsə də idarəetmə baxımından İrəvan türk-müsəlman torpağı olub və idarəetmə də azərbaycanlılara məxsus olub. Burada heç bir erməni dövlətindən və idareətməsindən söhbət gedə bilməz".

Çində 5 gün ərzində xəstəxana tikilib
Çində 5 gün ərzində xəstəxana tikilib
İranda 96 nəfər koronavirusdan ölüb
İranda 96 nəfər koronavirusdan ölüb
Gürcüstanda hakim partiyanın yeni sədri seçilib
Gürcüstanda hakim partiyanın yeni sədri seçilib
Loading Bars
Xəbər lenti
Ağdam rayonunun Şelli kəndi (FOTO/VİDEO)
Azərbaycanın Ermənistana qarşı dövlətlərarası ərizəsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərilib
“Azərlotereya” Türkiyənin “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib - SƏRƏNCAM
BŞİH və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib (FOTO)
Kəlbəcər qəbiristanlığında 27 ildən sonra azan səslənib (VİDEO)
Çində 5 gün ərzində xəstəxana tikilib
Postlardan keçməyə cəhd göstərən 1751 nəqliyyat vasitəsi geri qaytarılıb - STATİSTİKA
İranda 96 nəfər koronavirusdan ölüb
İsmayıllı sakinlərindən 4 ədəd odlu silah götürülüb (FOTO)
Prezident İlham Əliyev dünyaya mesaj verdi ki, Azərbaycan həmişə bəşəri dəyərlərə qiymət verən humanist bir dövlətdir - Tamam Cəfərova
Bu il aktiv məşğulluq və sosial müdafiə proqramları daha da genişlənəcək
Bakının hansı rayonunda koronavirus daha çox yayılıb?
Prezidentin tarixi: Bir zamanlar düşmənlərin “Yallı” getdiyi Cıdır düzünə artıq öz sahibləri qayıdıb
Azərbaycanda koronavirusa yoluxmanın ən çox qeydə alındığı bölgələr
Köçkünlərin azad edilən ərazilərimizə qayıdışı 3 mərhələdə ola bilər - İqtisadçı
Azercell-in Mobil Göz və Mobil Diş Klinikaları 2020-ci il ərzində yüzlərlə insana təmənnasız tibbi xidmət göstərib! (FOTO)
Gürcüstanda hakim partiyanın yeni sədri seçilib
Moskva hava limanlarında onlarla reys təxirə salınıb
Yol polisindən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Şuşa şəhəri elektrik enerjisi ilə təchiz edilib (VİDEO)
Səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətlərinə baxılması üzrə komissiya 1700-dən artıq müraciətə baxıb (FOTO)
Biləsuvarda su kanalında qadın batıb
Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaq - Vüqar Rəhimzadə
Ermənilər Qarabağda Azərbaycan mədəniyyətinin izlərini silməyə çalışırdılar - Deputat
Bu yollarda karantin postları fəaliyyətini davam etdirəcək - DYP
Bu ərazilərdə karantin postları ləğv edilir - Baş DYP
Gəncədə yaşayış yerini tərk edən COVID-19 xəstələrinə cinayət işi açılıb
Füzuli rayonunun Mirzəcamallı kəndi (FOTO/VİDEO)
54 şəhid ailəsi üzvü tibbi müayinədən keçirildi (FOTO)
Sabahın hava proqnozu açıqlanıb
Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə qanvermə aksiyası keçirilib (FOTO)
Bakıda qar yağacaq, yollar buz bağlayacaq
“BakuBus”un rəhbəri vəzifəsindən azad edilib
Azərbaycan nefti ucuzlaşır
TAP iki ildən bir bazar sınaqları keçirəcək - İcraçı direktor
Rusiyada koronavirusdan ölənlərin sayı 65 mini keçib
Azərbaycanda qaz sayğaclarının uzaqdan oxunmasına start verilib (FOTO)
Karantin rejimi ilə bağlı hansı qərarlar dəyişdi? - Qısa İZAH
Azad olunan ərazilərdə tütünçülüyün inkişafı müzakirə edilib (FOTO)
Azad olunmuş ərazilərimizdə yeni yolların, aeroportların tikilməsi böyük qayıdış üçün vacib prioritetlərdəndir - Deputat
Karantinə getməmək üçün yalnız vaksinasiya yetərli deyil - TƏBİB-dən çağırış
Reza Deqati Fransa kanalında Şuşanın tarixindən, erməni vəhşiliklərindən danışıb (FOTO/VİDEO)
Polis Yardımlıda əməliyyat keçirdi, keçmiş məhkumdan külli miqdarda narkotik aşkarlandı
Hindistanda dünyanın ən kütləvi peyvəndləməsi başlayıb
Məktəblərlə bağlı gələn həftə qərar veriləcək
Hər bir vətəndaşın vaksinasiyada aktiv iştirakı vacibdir – Şahmar Mövsümov
Vaksinasiyadan sonra da qorunma tədbirlərinə ciddi əməl etməliyik - TƏBİB
Kəlbəcər rayonunun Hacıkənd kəndi (FOTO/VİDEO)
Vaksin seçimində əsas meyar təhlükəsiz və effektlivliyidir - Səhiyyə Nazirliyi
Fevralın 1-dən 65 yaşdan yuxarı vətəndaşların vaksinasiyasına başlanılacaq
Azərbaycana 2 milyon doza Sinovac vaksini gətirilib
Azərbaycanda vaksinlər bu maliyyə mənbələri hesabına alınacaq
Bəzi ölkələrdən diri heyvan və heyvan mənşəli məhsulların gətirilməsinə məhdudiyyət qoyulub
Azərbaycanda vaksinasiya strategiyası açıqlanıb
Əsas məqsəd azad edilmiş ərazilərin bərpasıdır, ancaq koronavirusla mübarizəmiz də davam edir – Şahmar Mövsümov
Şuşada vaksinlərin saxlanma məntəqələri qurulur
Birinci bu şəxslər peyvənd olunacaq - CƏDVƏL
Pandemiya ilə güclü mübarizə üsulları hələ hazır deyil - Səhiyyə Nazirliyi
Gəncədə COVİD-19-a qarşı mübarizə tədbirləri davam edir (FOTO)
Azərbaycanda yanvarın 18-dən koronavirsa qarşı vaksinasiya başlayacaq - Şahmar Mövsümov
Ölkədə COVİD-19-a yoluxma əmsalı 5 faizədək enib - TƏBİB
Tətbiq olunan sərt karantin rejimi öz müsbət nəticələrini verib - Prezidentin köməkçisi (ƏLAVƏ OLUNUB)
Tərtərdə qanunsuz işləyən kompüter zalı aşkar olundu (VİDEO)
Yaxın qohumların dəfnində iştirakla bağlı qərar açıqlanıb
Bu tarixdən bərbərxanalar və gözəllik salonları açılır
Bir gündə cinayət törədən 45 nəfər saxlanılıb
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Operativ Qərargah beynəlxalq və ölkədaxili uçuşlar bağlı məlumat yayıb
Bütün qapalı və açıq məkanlarda maska məcburidir - RƏSMİ
5 şəhər və 12 rayona giriş-çıxış bərpa olunmur
Metronun qapalı qalması və ictimai nəqliyyatın həftəsonu işləməməsi ilə bağlı qərar qüvvədə qalır
Bu tarixdən kafe və restoranlar işləyə biləcək - Operativ Qərargah
Bu sahələrin fəaliyyəti bərpa olunur
SMS icazə ləğv olunur - RƏSMİ
Azərbaycanda sərt karantin rejimi yumşaldılır
"Twitter"in işində qüsurlar yaranıb
TAP-ın buraxılış gücü artırıla bilərmi?
260 qaziyə sosial-psixoloji reabilitasiya xidmətləri göstərilib (FOTO)
Azad edilmiş ərazilərdə layihələrin reallaşdırılması yeni iş yerləri yaradacaq
Azad edilmiş ərazilərdə ilkin olaraq 10 seysmik stansiya quraşdırılacaq
İlham Əliyev müxtəlif siyasi qüvvələrin fikir birliyini təmin edən lider kimi də tarixə düşdü - Tarixçi alim
Ukrayna Azərbaycanı koronavirusla əlaqədar təhlükəli ölkələr siyahısından çıxarıb
Diabetlə əlaqəli fəsadlaşmaların sayının artması büdcəyə ağır maliyyə yükü yaradır - Agentlik sədri
Braziliyada ötən sutka koronavirusdan 1 038 nəfər ölüb
Azərbaycanda istehsalı artmış və azalmış məhsullar açıqlanıb
"Anglo Asian Mining" şirkəti ötən il Azərbaycanda mis istehsalını artırıb
Kompensasiya ilə bağlı şayiələr həqiqəti əks etdirmir - TƏBİB
ABŞ-ın səhiyyə naziri istefaya gedib
Paytaxtın küçələri yenidən dezinfeksiya edilir (FOTO)
Fransada koronavirusdan ölənlərin sayı 70 min nəfərə çatır
Trampın "Facebook" və "İnstagram" hesabları bərpa edilib
Bayden Mərkəzi Kəşfiyyat İdarəsinin direktor müavini vəzifəsinə namizədini açıqlayıb
İranda güclü zəlzələ baş verib
İspaniyada rekord sayda yoluxma halı qeydə alınıb
Cəbhəboyu ərazilərdə əl qumbaraları, mərmilər və minalar aşkarlanıb - ANAMA (FOTO)
BMT-nin baş katibi koronavirusa qarşı vaksinasiya olunacaq
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 709 mindən çox artıb
Meksika sahillərində güclü zəlzələ baş verib
"WhatsApp" tənqidlərə görə yeni qaydaların tətbiqini təxirə saldı
Yanvarın 18-dək ictimai nəqliyyat işləməyəcək
Bütün xəbərlər