...

Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir

Siyasət Materials 28 İyul 2020 15:30 (UTC +04:00)
Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir

Bakı. Trend:

Cari ilin 21 iyul tarixində Birləşmiş Millətlər Təşkilatının (BMT) Vyana Ofisində 2021-ci ildə keçirilməsi nəzərdə tutulan BMT-nın Baş Assambleyasının korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş Xüsusi Sessiyası (UNGASS 2021) çərçivəsində qəbul ediləcək siyasi bəyannamə layihəsi ilə əlaqədar Tərəf Dövlətləri arasında videokonfrans formatında qeyri-rəsmi görüş keçirilib.

Baş Prokurorluqdan Trend-ə bildirilib ki, BMT-nin nümayəndələrinin, ABŞ, Böyük Britaniya, Avstraliya, Niderland Krallığı, Meksika Birləşmiş Ştatları, Peru Respublikası, Rusiya Federasiyası, Braziliya Federativ Respublikası, Çin Xalq Respublikası və Korrupsiya əleyhinə Konvensiyaya (UNCAC) tərəf olan digər dövlətlərin təmsilçilərinin qatıldığı tədbirdə Azərbaycan Respublikasının nümayəndə heyəti qismində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəis müavini İsfəndiyar Hacıyev və Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyinin birinci katibi Şahin Şahyarov iştirak etmişdir.

Tədbirdə əvvəlki müzakirələrin davamı olaraq, siyasi bəyannamə layihəsi həmsədrlər- Peru Respublikasının Avstriya Respublikasındakı səfiri Erik Anderson və Birləşmiş Ərəb Əmirliklərinin səfiri Hamad Alkaabi tərəfindən iştirakçılara təqdim edilmiş, Tərəf Dövlətlərinin nümayəndələri tərəfindən layihə ilə bağlı yaranan problemlərə dair müzakirələr və geniş fikir mübadiləsi aparılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti