Milli Məclisin payız sessiyasının ilk iclası keçirilir

Milli Məclisin payız sessiyasının ilk iclası keçirilir

Bakı. Trend:

Sentyabrın 30-da Milli Məclisin 2020-ci ilin payız sessiyasının açılışı oldu. Milli Məclisin Sədri Sahibə Qafarova sessiyanı açıq elan etdi və Dövlət Himni səsləndirildi.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildirilib ki, əvvəlcə Spiker payız sessiyasının başlanması münasibəti ilə millət vəkillərini təbrik etdi və parlamentin qarşıdakı fəaliyyətinin səmərəli olmasını arzuladı.

Sonra Sahibə Qafarova Ermənistanın Azərbaycana təcavüzü nəticəsində cəbhə bölgəsində gərginləşən vəziyyətdən söz açdı. O, qeyd etdi ki, bu gün Azərbaycanın zəfər salnaməsinə yeni tarixi səhifələr yazılır. Erməni silahlı qüvvələrinin hərbi təxribatının qarşısını almaq üçün Azərbaycan ordusunun həyata keçirdiyi geniş miqyaslı əks-hücum əməliyyatı davam edir. Sentyabrın 27-dən bəri Azərbaycanın işğal altında olan bir sıra yaşayış məntəqələri azad edilmiş, strateji yüksəkliklər ordumuzun nəzarəti altına keçmişdir. Düşmənin canlı qüvvəsinə və hərbi texnikasına böyük ziyan vurulmuşdur. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dediyi kimi, “Mən əminəm ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaqdır! Ədalətsizliyə son qoyacaqdır! Otuz ilə yaxın davam edən işğala son qoyacaqdır! ...Dağlıq Qarabağ məsələsi bizim milli məsələmizdir. Onun həlli bizim tarixi vəzifəmizdir. Biz bunu elə şəkildə həll etməliyik ki, tarixi ədalət bərpa edilsin və Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun”.

Sonra xanım Sədr düşmən təxribatı barəsində səhih məlumatların dünya ictimaiyyətinə çatdırılması, erməni faşizminin iç üzünü və çirkin mahiyyətini ifşa etmək üçün parlament diplomatiyasının imkanlarından geniş istifadə edildiyini vurğuladı. Milli Məclisin Sədri kimi son günlərdə 88 ölkənin parlamentinə və 11 beynəlxalq təşkilata 138 məktub göndərildiyini, Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop, Pakistan İslam Respublikası Senatının Sədri Məhəmməd Sadiq Sancrani, Qazaxıstan Respublikası Parlamenti Məclisinin Sədri Nurlan Niqmatulin, ATƏT-in Parlament Assambleyasının Sədri Georgi Sereteli ilə şəxsən telefonla danışdığını, Türkiyənin TRT-Xəbər televiziya kanalına canlı yayımda müsahibə verdiyini açıqladı. Bütün bu məktub və danışıqlarda, müsahibələrdə Erməni silahlı qüvvələri tərəfindən törədilən planlı təxribatın, mülki insanların və obyektlərin atəşə tutulmasının beynəlxalq hüquqa zidd, Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzü və güc tətbiqi olduğunu bildirdiyini diqqətə çatdırdı.

Parlamentin sədri çıxışında qeyd etdi ki, Türkiyə Böyük Millət Məclisində təmsil olunan 4 siyasi partiya birgə bəyanat verərək, Ermənistanın Azərbaycana qarşı hərbi hücumlarını pisləyib. Bununla əlaqədar olaraq Mustafa Şentopa, həmçinin, İtaliya və Almaniya parlamentlərində fəaliyyət göstərən Azərbaycanla dostluq qruplarının üzvlərinə xalqımızın haqq işini dəstəklədiklərinə görə məktub göndərilib və Azərbaycan parlamenti adından minnətdarlıq ifadə olunub. Sahibə Qafarova çıxışının sonunda bildirdi ki, bu gün bütün Azərbaycan xalqı öz dövlətinin yanındadır. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bərqərar olmuş səriştəli və məsuliyyətli idarəçilik sistemi, iqtidarla xalq arasında mövcud olan sarsılmaz birlik Dağlıq Qarabağ məsələsinin birdəfəlik həllini təmin edəcək.

Sonra Spiker 6-cı çağırış Milli Məclisin ilk sessiyalarının yekunlarına dair hesabatı təqdim etdi. Qeyd olundu ki, ötən dövrdə parlament öz fəaliyyətini Prezident İlham Əliyevin martın 10-da parlamentin birinci iclasında proqram xarakterli nitqində verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində qurmuş və önəmli nəticələr əldə etmişdir. 2020-ci ilin yaz və növbədənkənar sessiyalarında parlamentin 23 iclası keçirilmiş, 164 qanun və qərar, o cümlədən 2 Konstitusiya Qanunu qəbul edilmişdir. Milli Məclis ölkənin ictimai-siyasi və iqtisadi həyatında baş verən bütün mühüm məsələlərə öz münasibətini bildirmişdir.

Sahibə Qafarova onu da vurğuladı ki, sessiyalararası dövrdə – iyulun 7-də Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevin iştirakı ilə Milli Məclisdə təmsil olunan siyasi partiyaların sədrləri və nümayəndələri ilə “Azərbaycanda yeni siyasi konfiqurasiya: pandemiya dövrü və yeni çağırışlar” mövzusuna həsr edilən videokonfrans formatında görüş keçirilib. O, siyasi dialoq, milli dövlətçilik məsələləri ətrafında əməkdaşlıq mühitinin möhkəmlənməsi, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulması baxımından görüşün əhəmiyyətini vurğuladı.

Sonra Sahibə Qafarova çıxışında vurğuladı ki, bu yaxınlarda Milli Cəbhə Partiyası və Respublikaçı Alternativ Partiyası dövlət qeydiyyatına alınmış və bununla da Milli Məclisdə təmsil olunan siyasi partiyaların sayı 11-ə çatmışdır. O, bu münasibətlə həmin partiyaların təmsilçiləri olan millət vəkilləri - Razi Nurullayevi və Erkin Qədirlini təbrik etdi, onlara parlament fəaliyyətlərində uğurlar dilədi.

Sahibə Qafarova iclasda yay ayları ərzində Milli Məclisin cari fəaliyyətinin ardıcıl olaraq davam etdirildiyini dilə gətirdi və görülən işlərdən söz açdı. Qeyd olundu ki, ötən dövrdə Milli Məclisin Aparatı və İşlər İdarəsi haqqında Əsasnamə hazırlanaraq təsdiq edilmişdir. Milli Məclisin İntizam komissiyası haqqında hazırlanan Əsasnamə bu yaxınlarda parlamentin müzakirəsinə çıxarılacaqdır. İnzibati binada olan iclas salonlarına “İstiqlal”, “Qarabağ”, “Odlar yurdu”, “Xəzər” kimi milli adlar verilmişdir ki, bu da xalqımızın və dövlətimizin tarixi-mədəni irsinin yaşadılmasına və nəsildən-nəsilə ötürülməsinə kiçik töhfə olacaq.

Sahibə Qafarova onu da diqqətə çatdırdı ki, son günlər cəbhədə yaranmış vəziyyətlə əlaqədar olaraq sentyabrın 27-də təcili olaraq Milli Məclisin iclası keçirilib, “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı təsdiq edilib.
Parlamentin sədri daha sonra elektron parlament quruculuğu çərçivəsində görülən işlərdən danışdı, Milli Məclisin arxivində saxlanan bütün sənədlərin elektron formata keçirildiyini, televiziya və fotoarxivlərin rəqəmsal sistemə salındığını bildirdi. Sədr bildirdi ki, Milli Məclisin fəaliyyətini izləyən jurnalistlər üçün bütün lazımi avadanlıqla təmin olunmuş otaqlar ayrılıb. Yeni fotostudiya yaradılıb, brifinqlərin keçirilməsi və millət vəkillərinin müsahibələrinin verilməsi üçün müasir standartlara uyğun otaq hazırlanıb. Milli Məclisin fəaliyyətinin işıqlandırılması üçün İctimai televiziyada həftədə bir dəfə efirə gedəcək, 45 dəqiqəlik veriliş formatı müəyyənləşdirilib.

Sonra Sahibə Qafarova parlament Aparatında və İşlər İdarəsində aşkara çıxarılan çatışmazlıqların aradan qaldırılmasından və tətbiq edilən yeniliklərdən də geniş söhbət açdı.

Parlamentin Sədri sentyabr ayı ərzində qardaş Türkiyəyə və Rusiya Federasiyasına etdiyi rəsmi səfərlərdən danışdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, TBMM-in sədri Mustafa Şentop, ticarət naziri xanım Ruhsar Pekcan, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Xarici işlər naziri Sergey Lavrov və digər rəsmi şəxslərlə keçirilən görüşlərdən aldığı təəssüratları deputatlarla bölüşdü.

Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanıldı. Sahibə Qafarova bildirdi ki, gündəliyə 22 məsələ daxil edilib.

Əvvəlcə Milli Məclisin 2020-ci ilin payız sessiyası üçün qanunvericilik işləri planı müzakirə edildi. Milli Məclisin komitə sədrləri Musa Quliyev, Zahid Oruc, deputatlardan Qüdrət Həsənquliyev və Cavid Osmanov işlər planı ilə bağlı təkliflərini bildirdilər. 14 bənddən ibarət sənəd səsə qoyularaq məqbul hesab edildi.

Gündəliyin ikinci məsələsi olan - deputat Eldar Quliyevin Milli Məclisin Hesablayıcı komissiyasının üzvü seçilməsi haqqında qərar layihəsi də səsvermə yolu ilə təsdiqləndi.

Sahibə Qafarovanın təqdimatından sonra “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin Qərarında dəyişiklik edilməsi barədə qərar layihəsi də səsə qoyularaq qəbul edildi.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əqli mülkiyyət obyektlərinə hüquqlarının qorunması sahəsində gömrük orqanlarının qarşılıqlı fəaliyyəti haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsini təqdim etdi. Gömrük orqanları arasında yeni çağırışları özündə ehtiva edən, əqli mülkiyyət obyektlərində əməkdaşlığın inkişafına xidmət edən sənəd səsə qoyularaq qəbul edildi.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Azərbaycan Respublikasının Kuba Respublikasında (Havana şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” sənədi şərh etdi. Komitə sədri Azərbaycanı hər zaman özünə dost hesab edən bir ölkədə - Kubada səfirliyin açılmasının məntiqli bir qərar olduğunu diqqətə çatdırdı və koronavirus pandemiyası dövründə Kuba həkimlərinin ölkəmizə təmənnasız dost yardımını əsirgəmədiklərini dilə gətirdi. Millət vəkilləri Sabir Rüstəmxanlı və Fəzail Ağamalının fikirləri dinlənildikdən sonra sənəd səsə qoyularaq təsdiqləndi.

Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı Əmək Məcəlləsində, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənədləri təqdim edərkən qanun layihəsinin ölkə Prezidentinin "Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 30 dekabr 2019-cu il tarixli Fərmanına uyğunlaşdırıldığını bildirdi. Qeyd edildi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu dörd qurum - Dövlət Məşğulluq Agentliyi, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Sosial Xidmətlər Agentliyi yaradılmış və nizamnamələri təsdiq edilmişdir. Yeni publik hüquqi şəxslərin yaradılması həmin qurumların fəaliyyətində inzibati idarəçilikdən əhaliyə xidmət modelinə keçidi, onların daha çox ictimai əhəmiyyətli və vətəndaşların sosial məsələlərinin praktik müstəvidə operativ həllinə yönəlik funksiyalarının genişlənməsini təmin edəcəkdir. Qeyd olundu ki, sözügedən sənədlər bu fərmanlara uyğun olaraq hazırlanıb və qanunlarda "müvafiq icra hakimiyyəti orqanı" sözlərinin "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)" sözləri ilə əvəz olunması təklif olunur. Bu da onunla bağlıdır ki, qeyd olunan qanunlarda nəzərdə tutulan səlahiyyətləri publik hüquqi şəxs həyata keçirəcəkdir. "Dövlət qulluğu haqqında" qanuna təklif olunan dəyişikliyə əsasən isə "dövlət orqanı" anlayışından onun Dövlət Sosial Müdafiə və İşsizlikdən sığorta fondlarının büdcəsindən maliyyələşdirilməsi müddəası çıxarılır. Sənəd səsə qoyularaq təsdiq edildi.

İclasda Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə təklif olunan dəyişiklikləri təqdim etdi. Komitə sədri qeyd etdi ki, sənəd “Publik hüquqi şəxslər haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2019-cu il 12 iyul tarixli qanunun icrası ilə əlaqədar hazırlanıb. Sözügedən qanunun 4-cü maddəsinə uyğun olaraq publik hüquqi şəxs, dövlət adından, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən yaradılır. Publik hüquqi şəxs “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunla müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusunu əldə edir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan publik hüquqi şəxsin dövlət qeydiyyatı onun idarəetmə orqanlarının üzvləri tam tərkibdə təyin edilmədiyi halda da həyata keçirilir. Buna əsaslanaraq “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunun 5.4 və 8.1-ci maddələri həmin müddəalara uyğunlaşdırılır. “Peşə təhsili haqqında” qanunun 16.2-ci maddəsi isə “Təhsil haqqında” qanunun 32.2-ci maddəsinə uyğunlaşdırılır. Sənəd səsə qoyularaq təsdiqləndi.

Sonra iclasda Əli Hüseynlinin təqdimatında “Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” yubiley medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihələri birinci oxunuşda şərh edildi. Komitə sədrləri Siyavuş Novruzov, Qənirə Paşayeva, deputatlardan Fazil Mustafa, Etibar Əliyev, Sahib Alıyev, Aqil Abbas sənədlərlə bağlı fikirlərini bildirdilər. Əli Hüseynli bu medalların təsis olunması ilə bağlı deputatları maraqlandıran suallara aydınlıq gətirdikdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq təsdiqləndi.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini birinci oxunuşda parlamentin müzakirəsinə təqdim etdi. Millət vəkili bildirdi ki, Azərbaycan Prezidenti 28 dekabr 2018-ci ildə tikinti obyektlərinə tikintiyə icazə və obyektin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb. Tikintiyə dövlət nəzarəti prosedurlarında nəzərdə tutulan sadələşdirmələrlə əlaqədar müvafiq qanunların təkmilləşdirilməsi ilə əlaqədar təkliflərin hazırlanması barədə Nazirlər Kabinetinə tapşırıq verilib. Təqdim edilən qanun layihəsi həmin təkmilləşdirilməyə dair təklifləri nəzərdə tutur. Parlamentin komitə sədri Siyavuş Novruzov, deputatlardan Məlahət İbrahimqızı, Asim Mollazadə, Tahir Kərimli ölkəmizdə tikinti sahəsində mövcud çatışmazlıqlardan danışdılar. Əli Hüseynli millət vəkillərini maraqlandıran suallara tikinti sahəsinin qanunvericilik mexanizmləri baxımından aydınlıq gətirdi. Sənəd səsə qoyularaq təsdiqləndi.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə birinci oxunuşda “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə məlumat verdi. Qeyd olundu ki, qanun layihəsinə təklif olunan dəyişikliklər minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğinin hər il üçün təsdiq olunması mexanizmindən imtina olunmasını və rüsumların daimi olaraq müəyyən edilməsini nəzərdə tutur. Həmin dövlət rüsumları minik avtomobilləri hərracda özgəninkiləşdirildiyi hallara da şamil edilməsini, yaxın qohumlara bağışlanması hallarına görə rüsumun istisna olunmasını və bu hala görə daha az dövlət rüsumunun (10 manat) müəyyən edilməsini ehtiva edir. Sənəd səsə qoyularaq təsdiqləndi.

Milli Məclisin Sədri Sahibə Qafarova qeyd etdi ki, gündəliyə daxil edilən növbəti 4 məsələ - Vergi Məcəlləsində, “Təhsil haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” və “Sosial müavinətlər haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə sənədlər ölkə Prezidentinin bir məktubu ilə parlamentə daxil olub. Bu sənədlər "Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Prezidentinin 2018-ci il 10 dekabr tarixli Fərmanına uyğunlaşdırma xarakteri daşıyır.

Əvvəlcə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini birinci oxunuşda təqdim etdi. Bildirildi ki, qanun layihəsi daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud uşağa və ya birinci dərəcə əlilliyi olan şəxsə baxan, onunla birlikdə yaşayan valideynin, arvadın (ərin), himayəçinin və ya qəyyumun gəlirlərinin gəlir vergisindən azad olunan hissəsinin artırılaraq 200 manat məbləğində müəyyən edilməsini, güzəşt tətbiq olunan kateqoriyaya sağlamlıq imkanları məhdud uşaqları övladlığa götürən şəxslərin də aid edilməsini nəzərdə tutur. Qanun layihəsi səsvermə yolu ilə təsdiqləndi.

Sonra Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev birinci oxunuşda “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə məlumat verdi. Bildirildi ki, qanun layihəsi valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsinin stimullaşdırılması məqsədi daşıyır. Təklif olunan qanuna əsasən övladlığa götürülmüş uşaqların dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində və elmi təşkilatın magistratura səviyyəsində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsinin hesabına ödənilməsi nəzərdə tutulur. Qeyd edildi ki, bu hal xüsusilə az və orta təminatlı ailələr tərəfindən valideyn himayəsindən məhrum olan uşaqların övladlığa götürülməsi prosesini asanlaşdıracaq. Həmin uşaqların ali və orta ixtisas təhsili müəssisələrində və AMEA-nın magistratura səviyyəsində təhsil haqqı dövlət hesabına ödənildiyi üçün övladlığa götürüldükdən sonra da bu imtiyazdan istifadə edə bilmələri dövlət büdcəsi üçün əlavə maliyyə yükü yaratmayacaqdır.

“AzInTelecom” “Sizin plan B: Biznesin davamlılığı” adlı onlayn konfrans keçirib
“AzInTelecom” “Sizin plan B: Biznesin davamlılığı” adlı onlayn konfrans keçirib
Hesab.az fəaliyyətinin 10-cu ilini qeyd edir
Hesab.az fəaliyyətinin 10-cu ilini qeyd edir
Azərbaycanda pul köçürülməsi üçün mobil platforma hazırlanır
Azərbaycanda pul köçürülməsi üçün mobil platforma hazırlanır
Loading Bars
Xəbər lenti
Polşa üç Rusiya diplomatını “persona non qrata” elan edib
Azərbaycanlıların Türkiyədə daşınmaz əmlak alışı azalıb
Türkiyədə son sutkada koronavirusdan 54 894 nəfər sağalıb
Ağdamda 3 min hektara yaxın ərazi minalardan təmizlənib
Zəngəzur dəhlizi regionun sosial-iqtisadi rifahına, sülh və təhlükəsizliyə birbaşa təsir edəcək - Deputat
ADA Universitetində Virtual Karyera Sərgisi keçirilir
“Əsas Məsələ”də Aleksandr Lukaşenkonun Azərbaycana səfəri müzakirə olunub (VİDEO)
Rusiya şirkəti Azərbaycana kənd təsərrüfatı texnikası tədarük edəcək
Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq bütün sahələrdə uğurla inkişaf edir - Milli Məclisin Sədri (FOTO)
Sahibə Qafarova Qazaxıstan Parlamenti Senatının sədri ilə görüşüb (FOTO)
Prezident İlham Əliyev Cibutinin dövlət başçısını təbrik edib
Ermənistan yenə də tarixlə mifologiyanı qarışıq salır - Leyla Abdullayeva
“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib (FOTO)
Ramazanın 3-cü gününün duası, imsak və iftar vaxtı
Milli Məclisin Sədri Sahibə Qafarova Sankt-Peterburqda Beynəlxalq konfransda çıxış edib (FOTO)
“myGov” mobil tətbiqinin yeni imkanları ictimaiyyətə təqdim edilib (FOTO)
Naxçıvan Qarnizonu Qoşunlarında komandir hazırlığı sistemində növbəti məşğələlər keçirilib (FOTO/VİDEO)
Auditorlar Palatası üzvləri “Tərəqqi” medalı ilə təltif edildi
Bakıda ictimai təşkilatın ofisindən oğurluq edən şəxslər saxlanılıb (FOTO/VİDEO)
Dövlət Gömrük Komitəsinin sədri Erkan Özoral ilə görüşüb
İspaniya Azərbaycanın neft-kimya sektorunda yeni layihələrdə iştirak etməyə hazırdır - XİN
YAP Gənclər Birliyi Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib (FOTO)
Azərbaycan XİN ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatına münasibət bildirib
Dini etiqad azadlığı sahəsində qanunvericilik təkmilləşdirilir
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
İqtisadiyyat naziri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)
Bakıda 8 marşrutun istiqaməti dəyişdirildi
İraqda partlayış törədilib
AQTA 20 müəssisədə kobud pozuntular aşkarlayıb - SİYAHI
Payızlıq əkinlə bağlı fermerlərə subsidiyanın verilməsinin yekunlaşacağı vaxt AÇIQLANDI
Azərbaycanda hamilə qadınlar fol turşusu və dəmir preparatlarla təmin olunacaq
ABŞ səfiri Rusiya XİN-ə çağırıldı
Energetika naziri ictimai şuranın üzvləri ilə görüşüb (FOTO)
Azərbaycan və Qırğızıstan parlament rəhbərləri ölkələrarası əlaqələri müzakirə ediblər (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 2 317 nəfər COVID-19-a yoluxub, 36 nəfər vəfat edib
ABŞ Rusiyaya yeni sanksiyalar tətbiq etdi - 10 diplomat ölkədən çıxarılacaq
Ermənistan Ağdamı öz ərazisi hesab edirdisə, niyə görə buranı darmadağın edib? - İtaliya Senatının komissiya sədri (FOTO)
Minsk qrupunun həmsədrləri sifarişli siyasətə və maraqlara xidmət edirlər - Deputat
Onlayn dərslərin yaxşı və pis tərəfləri - ŞƏRH
"Taliban" xarici qoşunların mayın 1-dək ölkədən çıxarılmasını tələb edib
Qoşqar Təhməzli Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)
Ombudsman Aparatının rəhbəri BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin onlayn iclasında iştirak edib
Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub
VISA Azərbaycan Beynəlxalq Bankını 2 dəfə mükafatlandırdı
Türkiyə ilə sosial sahədə əməkdaşlıq daha da genişlənəcək
“İçərişəhər” Qoruğunun əməkdaşı koronavirusdan ölüb
Dövlət müəssisəsində malları baha almaq adı ilə 350 min manat silinib
Buraxılış imtahanlarının nəticələri bu tarixdə məlum olacaq
2 nəfər hərarətə görə buraxılış imtahanlarına buraxılmadı
Türkiyədə radioaktiv maddə satmağa çalışan şəxslər saxlanılıb
Azərbaycanda buraxılış imtahanları keçirilib (FOTO)
Gəncə avtomobil zavodunun yaşı 40-dan yuxarı olan əməkdaşları peyvənd olunub
AQTİ qida təhlükəsizliyi üzrə peşəkar layihələndirmə xidməti təklif edir (FOTO)
Sosial təminat növləri üzrə ödənişlər 6,6% artıb
Zərdabda evdən çıxan koronavirus xəstəsi saxlanılıb
Salyan və Sabirabadda KOB dostları fəaliyyətə başlayıb (FOTO)
Zəngəzur dəhlizinin açılması Azərbaycanın tranzit potensialını genişləndirəcək
Yaddaşlarda qalan alim-pedaqoq
Dünya Cənubi Qafqaza yeni baxışını ortaya qoyur - Kamaləddin Qafarov
Bakı Ali Neft Məktəbinin məzunu pakistanlı tələbə yoldaşı ilə ailə qurub
Gürcüstanda qəza törədib Azərbaycanda gizlənən şəxs təhvil verilib
Ermənistanla informasiya savaşında Türkiyənin dəstəyi əvəzsiz oldu - Sevil Mikayılova
Bir qrup jurnalist Ağdama səfər edib (FOTO)
Saxta kosmetik vasitələr satan şəxs saxlanılıb (FOTO/VİDEO)
Hesablama Palatası Kənd Təsərrüfatı Nazirliyində nöqsanlar aşkarladı
Qobu bələdiyyəsinin sədri cərimələnib (FOTO/VİDEO)
İranda ötən sutka 25 min nəfər koronavirusa yoluxub, 321 nəfər ölüb
İrandan qanunsuz keçirilən siqaretlər müsadirə olunub
Ermənistan 10-1 hesabı ilə Azərbaycandan geri qalır - RƏSMİ ETİRAF
Sabah Bakıda 21, rayonlarda 25 dərəcəyədək isti olacaq
Ermənistanda sürücü avtomobili hərbçilərin üzərinə sürdü - Ölənlər var
Türkiyədə vaksinin təbliği üçün xüsusi qruplar yaradılıb
Əqli Mülkiyyət Agentliyinin sədri beynəlxalq konfransda iştirak edib (FOTO)
“AzInTelecom” “Sizin plan B: Biznesin davamlılığı” adlı onlayn konfrans keçirib
Gənc əsgərlərin hərbi hazırlığı təkmilləşdirilir (FOTO/VİDEO)
Yerevanda BMT ofisi qarşısında etiraz aksiyası keçirilir (VİDEO)
Putin və Lukaşenko Qarabağı müzakirə edib
Daha bir şəhid övladının adına hesab açılacaq
“Zəfər yolu”nun sentyabradək istifadəyə verilməsi planlaşdırılır (FOTO)
Keçmiş həyat yoldaşını öldürmək istəyən şəxsin işi məhkəməyə göndərilib
"Türk Hava Yolları" Rusiyaya uçuşları dayandırdı
Azərbaycanda quraqlıq və şoranlığa davamlı mutant pambıq sortları yaradılacaq
Düşünürük ki, ABŞ qondarma "erməni soyqırımı"nı tanımayacaq - Çavuşoğlu
Azərbaycanda qızıl ucuzlaşıb
Könül Nurullayeva Parlamentlərarası Birlik Təşkilatının tədbirində çıxış edib (FOTO)
Bu günə qədər 2 mindən artıq koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanıb - DİN
Rusiya Azərbaycana 270 milyon dollarlıq kimyəvi məhsul ixrac edib
Saatlıda 2 yerdə yas mərasimi dayandırıldı, 6 nəfər cərimələndi
Son 3 ayda Bakıda vurulan 51 piyadadan 17-si ölüb
“AzərEnerji”dən itkiləri azaldıb, maliyyəyə qənaət layihəsi
Cəlilabadda bir nəfəri öldürüb, digərini yaralayan şəxs tutulub
Ötən gün 33 yanğın olub, 7 nəfər xilas edilib
Son üç ayda ƏƏSMN 150,7 min elektron arayış verib
Evdən çıxan koronavirus xəstəsi saxlanılıb
Ordunun mərkəzi ərzaq anbarının bölgələrdəki bölmələrində yenidənqurma işləri görülüb (VİDEO)
Belə getsə, Minsk qrupundan imtina etməyə məcbur olacağıq - Deputat
Balakəndə tənha qadının evinə silahlı basqın edildi (FOTO)
Azərbaycan nefti 2 dollardan çox bahalaşıb
Azərbaycanın tarixi Qələbəsi regional əməkdaşlığın və inkişafın yeni mərhələsinə keçidi şərtləndirib - Səttar Möhbalıyev
Bütün xəbərlər