...

Azərbaycanda milli və siyasi həmrəylik ən yüksək səviyyədədir - Deputat

Siyasət Materials 18 Oktyabr 2020 12:35 (UTC +04:00)
Azərbaycanda milli və siyasi həmrəylik ən yüksək səviyyədədir - Deputat

Bakı. Trend6

Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya BMT-yə, BMT-nin Təhlükəsizlik Şurasınının daimi üzvlərinə, Qoşulmama Hərəkatına, Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO), NATO Parlament Assambleyasına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT), Avropa İttifaqına, Avropa Şurasına, Avropa Şurasının Parlament Assambleyasına, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə, Müstəqil Dövlətlər Birliyinə (MDB), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına, BMT-nin Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumuna (UNESCO) və Uşaq Fonduna (UNİCEF), Ərəb Dövlətləri Liqasına, İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) ,İslam Dünyası Təhsil, Elm və Mədəniyyət təşkilatına (İSESCO), Milli Demokratiya İnstitutuna, İnsan Hüquqları Beynəlxalq Cəmiyyətinə, İslam Əməkdaşlıq Təşkilatına, Ümumdünya İslam Konqresinə, Avronest Parlament Assambleyasına, Beynəlxalq Qaçqınlar Təşkilatına, “Human Rights Watch”, “Transpararency İnternational”, “Amnesty İnternational” və Sərhədsiz Jurnalistlər və Sərhədsiz Həkimlər təşkilatlarına təcavüzkar Ermənistanın 2020-ci ilin oktyabrın 17-də cəbhə bölgəsindən uzaqda olan Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə törətdiyi növbəti terror aktı ilə bağlı müracət ünvanlayıb.

Dünya ictimayyətinə ünvanlanmış müraciətdə bildirilir ki, beynəlxalq sülhün və təhlükəsizliyin təminatçısı olan BMT Təhlükəsizlik Şurasının Errmənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1993-cü ildə qəbul etdiyi 822,853,874 və 884 saylı qətnamələrdə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılması tələb olunsa da bu günə kimi işğalçı dövlət tərəfindən buna əməl olunmayıb. Ermənistan 30 ildir ki bu qətnamələrin şərtlərinə əməl etmir, militarist siyasətini davam etdirir və Azərbaycanın yeni ərazilərini işğal etməyə çalışır. 2020-ci ilin sentyabrın 27-də Ermənistan ordusu işğal altında saxladığı Dağlıq Qarabağda Azərbaycana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlamışdır. İşğalçı ordu bu zaman əsasən Azərbaycanın böyük şəhərlərini, mülki və sənaye obyektlərini müsir raketlərlə bonbalayır.

Ermənistan beynəlxalq etirazlara baxmayaraq, növbəti hərbi cinayət törətmiş, 2020-ci ilin oktyabrın 17-də gecə vaxtı Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə şəhərinə üçüncü dəfə dəhşətli hücumu çoxlu sayda mülki insanların itgisinə səbəb olmuşdur. Nəticədə 13 şəxs, o cümlədən 2 uşaq həyatını itirmiş, 45-dən çox insan ciddi şəkildə yaralanmışdır. Bu cinayyət nəticəsində ölü və yaralananların sayının daha da artacağı ehtimalı olduqca yüksəkdir. Bununla da Ermənistan islaholunmaz, terrorçu bir ölkə olduğunu bir daha nümayiş etdirdi. Rəsmi İrəvan sübuta yetirdi ki, onunla danışmağın heç bir mənası yoxdur.

Müraciətdə Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Ermənistanın mülki əhaliyə qarşı həyata keçirdiyi terror aktını qətiyyətlə qınanılır, terrorçu dövlətin cəzalandırılması tələb olunur. Eyni zamanda dünya ictimaiyyətinə çatdırılır ki, Azərbaycandakı siyasi partiyalar hazırda gedən Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi siyasəti qətiyyətlə dəstdəkləyir, Azərbaycan xalqı ilə birlikdə onun ətrafında polad yumruq kimi birləşmişlər.

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların dünya ictimayyətinə ünvanladığı müraciət bir daha göstərir ki, Azərbaycanda milli və siyasi həmrəylik ən yüksək səviyyədədir. Azərbaycanda xalq, siyasi partiyalar Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının ətrafında sıx birləşərək bütün dünyaya nümayiş etdirir ki, Azərbaycan tezliklə Qəhrəman Ordumuzun gücü ilə işğal altında olan bütün torpaqlarımızı işğaldan azad edəcək və qələbə bayrağımz Xankəndində, Şuşada və digər işğaldan azad olmuş torpaqlarımızda dalğalanacaq.

Milli Məclisin deputatı

Rauf Əliyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti