...

Xudafərin körpüsünün Azərbaycan tarixində xüsusi yeri var - Deputat

Siyasət Materials 21 Oktyabr 2020 14:03 (UTC +04:00)
Xudafərin körpüsünün Azərbaycan tarixində xüsusi yeri var - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu və uzaqgörən siyasət sayəsində bu günlər tarixinin ən şərəfli, ən şanlı dövrlərindən birini yaşayır. Çünki 200 ilə yaxın dövrdə biz itirə-itirə gəlmişik. Ermənilər elə bilirdilər ki, bu dəfə də məqsədlərinı nail olacaqlar. Amma onların gözləntisinin əksinə oldu, dövlət və millət olaraq ayağa qalxdıq, Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz torpaqlarımızın azadlığı uğrunda əməliyyata başladı. Bunu Trend-ə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, Xudafərin körpüsünün azad olunması, üzərində Azərbaycan bayrağı sancılması hər bir Azərbaycan vətəndaşında böyük sevinc və qürur hissi yaratdı. Xudafərin körpüsünün Azərbaycan tarixində xüsusi yeri var. Qədim dövrdə Azərbaycanın şimalından digər istiqamətə aparan əsas yollardan biri Xudafərindən keçib. Xudafərin körpüsünün yaxınlığında yerləşən Xudafərin kəndi Cəbrayılın son kəndlərindəndir:

"Xudafərin kəndinin yaxınlığında Qumlaq adlı kənd yerləşir. Bizim digər kəndlərimiz kimi, onların hamısı erməni vandalları tərəfindən dağıdılıb, bəzilərinin heç izi də qalmayıb. Ermənilər bu vandalizmi bizim bütün kəndlərimizdə həyata keçiriblər. Cəbrayılın, Qarabağin hər guşəsi əzizdir. Amma tariximizi özündə əks etdirən, Azərbaycan tarixində mühüm əhəmiyyəti olan ünvanlardan biri Xudafərindir. Bu ərazidən Qubadlıya getmək olur. Xudafərin və Qumlaq Cəbrayılın son kəndləridir, ondan sonra Qubadlı, daha sonra Zəngilan başlayır. Naxçıvana aparan yol da həmin ərazidən keçirdi.

Məlum olduğu kimi, 4 il əvvəl – 2016-cı ilin fevralında Tehranda imzalanmış və həmin ilin iyununda Milli Məclisdə ratifikasiya olunmuş Sazişə əsasən Azərbaycanla İran arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi planlaşdırırlırdı. Amma son dövrlərdə həmin bölgənin işğal altında olmasına görə, Azərbaycan bunu tam həyata keçirə bilmirdi. Eyni zamanda su ehtiyatları baxımından da çətinliklər yaşanırdı. Çünki Araz çayının Xudafərinə yaxın hissəsində su bəndi tikilmişdi. Suvarma baxımından da həmin su bəndinin xüsusi əhəmiyyəti var. Bundan sonra o çətinlik aradan qalxacaq. Bu ərazinin işğaldan azad olunması əhalinin suvarma işinə də öz töhfəsini verəcək".

C.Məmmədov qeyd edib ki, o zaman bəzi siyasi qüvvələr iddia edirdi ki, saziş nəticəsində Araz çayı üzərində inşa olunan körpülər işğalçı Ermənistanla İran arasında kommunikasiyanı gücləndirəcək:

"Bu razılaşmanın mahiyyətini və strateji əhəmiyyətini dərk etməyənlər o zaman bunu, az qala, “İran-Ermənistan əməkdaşlığı”na şərait yaradılması kimi qələmə verir və hakimiyyətə qarşı ittihamlar irəli sürürdülər. Hazırda baş verənlər bu fikirlərin əsassız olduğnu bir daha təsdiq etdi. Eyni zamanda Prezident İlham Əliyevin həqiqətən də böyük siyasətçi, strateq olduğunu, hər bir məsələni zərgər dəqiqliyi ilə hesabladığını nümayiş etdirdi. Bu layihələrin icra edilməsi işğaldan azad olunmuş ərazilərimizin bərpası, sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq. İnşa edilmiş su elektrik stansiyaları, hidroqovşaqlar vasitəsilə Azərbaycan işğaldan azad edilən ərazilərinin su və enerji təchizatı problemləri həll ediləcək, bölgənin qısa müddətdə bərpası və inkişaf etdirilməsi mümkün olacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti