Bakı. Trend:
Trend BİA beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağda baş verən hadisələr haqqında fasiləsiz şəkildə məlumatlandırır.
Omanın " WisalFM " radiosunda çıxışı zamanı Trend BİA-nın baş redaktoru Rufiz Hafizoğlu Azərbaycan döyüş meydanında təkbaşına mübariz apardığını bildirib.
Trend-in məlumatına görə, R.Hafizoğlu qeyd edib ki, Azərbaycanın əsas məqsədi öz torpaqlarını işğaldan azad etməkdir və bunun həyata keçməsinə heç kim mane ola bilməz.