...

Prezident İlham Əliyev xalqın maraqlarını hər şeydən üstün tutub - Deputat

Siyasət Materials 3 Dekabr 2020 14:36 (UTC +04:00)
Prezident İlham Əliyev xalqın maraqlarını hər şeydən üstün tutub - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Prezident İlham Əliyev hər zaman Azərbaycanın milli maraqlarını üstün tutub. Bu dövlət başçısının 17 illik fəaliyyətində də öz əksini tapıb və 44 günlük müharibə dövründə özünü daha qabarıq şəkildə büruzə verdi.

Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, dövlət başçısı Laçının işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində vurğuladı ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində müxtəlif təkliflər verilirdi: “Lakin göründüyü kimi bu təkliflər daha çox Ermənistanın xeyrinə olub, hətta Dağlıq Qarabağa müstəqillik verilməsi kimi absurd fikirlər də irəli sürülüb. Lakin cənab Prezidntimiz xalqın maraqlarını hər şeydən üstün tutaraq bu təkliflərin hər birinə rədd cavabı verib.

Ermənilər hər zaman danışıqlar prosesində yarıtmaz təkliflərlə çıxış ediblər. Cənab Prezidentin qeyd etdiyi kimi danışıqlar zamanı 5 rayonun qaytarılması müqabilində Dağlıq Qarabağa müstəqilliyin verilməsi və ya referendumun keçirilməsi, Laçının bütövlükdə dəhliz kimi Ermənistana verilməsi kimi təkliflər irəli sürülüb. Əlbəttə ki, bu təkliflər rədd cavabı alıb.

10 noyabrda Azəbaycan və Rusiya prezidenləri və Ermənistan baş naziri tərəfindən imzalanan bəyanatda da Laçın dəhlizinin əvvəlcə 30 km olması, daha sonra 10 km olması təklifinə də cənab Prezident etiraz edib və nəhayət dəhliz 5 km uzunluğunda müəyyən edilib. Eyni zamanda cənab Prezidentin təkidi ilə bəyanata Naxçıvan ilə Azərbaycanın əsas hissəsi arasında dəhlizin yaradılması ilə bağlı bənd əlavə edilib. Göründüyü kimi bütün məsələlərdə cənab Prezident Azərbaycanın milli maraqlarını hər şeydən yüksəkdə tutub.

Azərbaycan xalqını müzəffər Ali Baş Komandanımız ətrafında daim sıx birləşdirən ən başlıca amillərdən biri də o olub ki, cənab Prezident hər zaman xalq ilə səmimi olub, xalqın maraqlarını hər zaman hər şeydən üstün tutub”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti