...

Ermənistanın Azərbaycana qarşı əcnəbi terrorçulardan istifadəsi haqda BMT baş katibinə hesabat təqdim olunub

Siyasət Materials 9 Dekabr 2020 13:35 (UTC +04:00)
Ermənistanın Azərbaycana qarşı əcnəbi terrorçulardan istifadəsi haqda BMT baş katibinə hesabat təqdim olunub

Bakı. Elçin Mehdiyev - Trend:

Ermənistanın Qarabağda Azərbaycana qarşı əcnəbi terrorçulardan istifadəsinə dair hesabatı BMT-nin baş katibi Antonio Quterreşə təqdim edilib.

Trend-in məlumatına görə, Azərbaycanın BMT yanında daimi nümayəndəliyi tərəfindən göndərilən məktubda Yaxın Şərq ölkələrindən, o cümlədən İraq, Livan və Suriyadan olan terrorçuların Azərbaycanın işğal altında olmuş ərazilərinə yerləşdirilməsi ilə bağlı məlumat verilib.

Baş katibin diqqətinə çatdırılıb ki, Ermənistan PKK və ASALA terror təşkilatlarının təlimatı altında onlar üçün təlim düşərgələri qurub.

Məktubda həmçinin BMT Baş katibinə ünvanlanan hesabatda Ermənistan tərəfindən Qarabağa yerləşdirilən köçkün və terrorçuların sayı, döyüşlərə cəlb olunan əcnəbi terrorçuların adları, onların hansı təşkilat və qruplardan olmaları, hansı ölkələrdən gətirilmələri, təlim və yerləşdimə prosesi, bu terrorçulara ödənilən vəsaitlərlə bağlı məlumatlar yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti