...

Zəfər paradı göstərdi ki, bundan sonra heç kim Azərbaycanla güc və təhdid dilində danışa bilməz - Spiker

Siyasət Materials 11 Dekabr 2020 11:14 (UTC +04:00)
Zəfər paradı göstərdi ki, bundan sonra heç kim Azərbaycanla güc və təhdid dilində danışa bilməz - Spiker

Bakı. Elçin Mehdiyev - Trend:

44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın edərək torpaqlarımızı işğaldan azad etdi, Azərbaycan ordusunun qüdrətini bütün dünyaya göstərdi.

Trend-in məlumatına görə, bunu Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin bu gün keçiriən iclasında deyib.

S.Qafarova əlavə edib ki, Türkiyə özünün siyasi və mənəvi dəstəyi ilə Azərbaycanın yanında yer alıb: “Zəfər paradında Türkiyənin bizimlə bir yerdə olmasının çox dərin mənası var. Azərbaycan və Türkiyə qardaş ölkədir. Həmin paradda nümayiş etdirilən ən müasir hərbi texnikalar dövlətimizin hərbi qüdrətini nümayiş etdiməklə yanaşı onu da göstərir ki, bundan sonra heç kim Azərbaycanla güc və təhdid dilində danışa bilməz”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti