...

Gürcüstan parlamenti yeni baş nazir və hökuməti təsdiqlədi

Siyasət Materials 22 Fevral 2021 23:08 (UTC +04:00)
Gürcüstan parlamenti yeni baş nazir və hökuməti təsdiqlədi

Bakı. Trend:

Gürcüstan Parlamenti İrakli Qaribaşvilinin rəhbərlik edəcəyi yeni nazirlər kabinetini təsdiqləyib.

Trend-in məlumatına görə, 89 deputat yeni Nazirlər Kabinetinə etimad göstərib, 2 deputat bunun əleyhinə səs verib.

Yeni hökumətdə iki yeni nazir - regional inkişaf və infrastruktur naziri İrakli Karseladze və müdafiə naziri Cuanşer Burçuladze təmsil olunub.

Xatırladaq ki, İ.Qaribaşvili daha əvvəl 2013-cü ilin noyabrından başlayaraq baş nazir vəzifəsini icra edib və 2015-ci ilin dekabrında istefa verib. 39 yaşlı İ.Qaribaşvili 2019-cu ilin sentyabrından bu vaxta qədər müdafiə naziri olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti