Dövlət başçısı meliorativ tədbirlərlə bağlı konkret tələb və istiqamətləri açıqladı

Dövlət başçısı meliorativ tədbirlərlə bağlı konkret tələb və istiqamətləri açıqladı

Bakı. Alpər Ziya - Trend:

30 ilə yaxın işğal altında qalan Qarabağın azad edilməsi Azərbaycanda su təsərrüfatı sisteminin də yenilənməsi zərurətini yaratdı. Çünki respublikanın əksər su mənbələri əsasən işğaldan azad olunan ərazilərdən formalaşır. Bu sahədə yeniliklərə və innovativ imkanlara malik olmaq üçün isə prosesə müasir menecmentliklə yanaşmaq tələb olunur.

Məhz bu səbəbdən də Prezident İlham Əliyev Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə yeni sədr təyin etdi. Dövlət başçısı aprelin 5-də Zaur Mikayılovu bu təyinat münasibətilə qəbul edərkən də məhz müasir menecment təfəkkürünə görə ona etimad etdiyini vurğuladı.

Əsas prinsip: Müasirlik, ekoloji təhlükəsizlik və maksimum səmərəlilik

Dövlət başçısı bildirdi ki, həm azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər yerlərində bizim bütün su ehtiyatlarımızın potensialı dəqiq təhlil olunmalıdır. Bu su ehtiyatlarından maksimum səmərə ilə istifadə etmək üçün konkret proqramlar və təkliflər təqdim edilməlidir. Beləliklə, bu sahədə görüləcək işlər çoxdur, həm azad edilmiş torpaqlarda, həm də digər ərazilərdə. Əsas prinsip müasirlik, ekoloji təhlükəsizlik və maksimum səmərəlilik olmalıdır: “Bu sahənin inkişafı üçün çox böyük işlər görülmüşdür, dövlət büdcəsindən böyük həcmdə vəsait ayrılmışdır. Əgər bu işlər görülməsəydi, bu gün biz çox böyük problemlərlə üzləşmiş olardıq. Ancaq əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik, biz bu sahəyə müasir menecment gətirməliyik. Mən sizi bu vəzifəyə təyin edərkən məhz bu amili nəzərə almışam ki, hər bir yerdə müasir menecment olmalıdır, idarəetmə olmalıdır. Son vaxtlar apardığım kadr islahatları onu göstərir. Harada ki, müasir menecment, müasir idarəetmə, dürüstlük, təmizlik, vicdan varsa, orada nəticə də olacaqdır. Sizi bu vəzifəyə təyin edərkən bu tövsiyələrimi verərək əmin olduğumu bildirmək istəyirəm ki, siz bu yüksək etimadı doğruldacaqsınız”.

Göründüyü kimi, digər sahələrdə olduğu kimi, su təsərrüfatı sahəsində də innovativlik, müsair münücmüntlik, dürüstlük və şəffaflıq artıq qaçılmazdır.
Əslində, dövlət başçısı bu qəbul zamanı öz nitqində sözügedən sahə ilə bağlı əsas istiqamətləri açıqladı. Məlum oldu ki, meliorativ tədbirlər hər bir ölkə üçün xüsusi əhəmiyyət daşıyır, xüsusilə su ehtiyatları o qədər də böyük həcmdə olmayan ölkələrdə bunun daha da böyük əhəmiyyəti var. Xüsusən də su anbarlarının, su kanallarının tikintisi infrastruktur layihələr arasında həmişə prioritet yerdə olub və bundan sonra da belə olacaq. Bütün bu işlərlə bərabər, suyun səmərəli istifadəsi olunmaması ilə bağlı da narahatlıq ifadə olundu. Bu sahədə əldə edilmiş uğurlarla yanaşı, çətinliklər və çatışmazlıqların da olduğu ifadə edildi. Dövlət başçısı konkret tapşırıq verdi ki, bunlar aradan qaldırılmalıdır.

Ən müasir texnologiyaları Azərbaycana gətirilməlidir

“Amma bütövlükdə son illər ərzində kənd təsərrüfatının dayanıqlı inkişafı, o cümlədən su təminatının səmərəliliyi ilə bilavasitə bağlıdır. Biz son illər ərzində vaxtilə suvarılmayan torpaqlara su gətirmişik. Bu torpaqların həcmi 100 min hektarlarla ölçülür. Vaxtilə, ümumiyyətlə, su görməyən torpaqlara, yaxud da ki, qismən suvarılan torpaqlara suyun verilməsi bu bölgələri canlandırdı və 100 minlərlə hektar torpağa su verildi” – deyə, Prezident İlham Əliyev vurğuladı.
Yeni rəhbərlik qarşısında qoyulan əsas tələblərdən biri də ölkəyə müasir texnologiyaların gətirilməsi və idarəetmədə müasir yanaşmanın tətbiq edilməsidir.
Dövlət başçısı məhz bu məsələyə toxunaraq qeyd etdi ki, biz bundan sonra meliorativ tədbirləri, necə deyərlər, dədə-baba üsulu ilə apara bilmərik. Ona görə də Prezident birmənalı olaraq bildirdi ki, dünyanın bu sahədə ən müasir texnologiyaları Azərbaycana gətirilməlidir, sudan səmərəli istifadə edilməlidir: “Bizdə mövcud problemlərdən biri də itkilərin böyük həcmdə olmasıdır. Bu itkilər bəzi hallarda təbii xarakter alır, amma bəzi hallarda səhlənkarlıq ucbatından baş verir. Uçotun olmaması, əlbəttə ki, bizim işimizi çətinləşdirir. Ona görə tam uçot aparılmalıdır. Bizim su anbarlarımıza daxil olan və oradan çıxan suyun həcmi yaxın aylara qədər uçota alınmırdı. Düzgün təhlil aparmaq, proqnoz vermək üçün imkanımız yox idi. Ona görə itkilərin azaldılması ən vacib problemlərdən biridir”.

Qarşıya qoyulan digər əsas tələb isə kanalların təmiri və yenidən qurulmasıdır. Çünki sovet vaxtında çəkilmiş kanalların böyük əksəriyyəti torpaq kanallar idi. Onların böyük hissəsi bu gün də fəaliyyətdədir. Torpaq kanallar isə suyun istənilən həcmdə ötürülməsinə imkan vermir, nəticədə itkilər baş verir. Bu, həmçinin torpağın şoranlaşmasına gətirib çıxarır. Ona görə də Prezident İlham Əliyev “Canımızı bu torpaq kanallardan qurtarmalıyıq” deməklə işin nə qədər önəm daşıdığını vurğulamış oldu. Eyni zamanda, qeyd elədi ki, dünyanın bu sahədəki aparıcı şirkətləri ilə sıx təmaslar qurulmalıdır, iqlimi bizim iqlimimizə oxşar olan ölkələrin təcrübəsindən faydalanmaq lazımdır. Elə ölkələr var ki, orada su resursları bizimkindən də azdır, ancaq məhsuldarlıq qat-qat çoxdur. Ona görə bütün bunlar gərək dəqiq araşdırılsın, düzgün fəaliyyət planı tərtib edilsin, lazım olarsa, Dövlət Proqramı qəbul olunsun ki, biz bundan sonrakı illərdə meliorasiya və suvarma sahəsində dünyanın ən müasir prinsiplərini ölkəmizdə tətbiq edək.

Suqovuşan nəzarətimizə keçəndən sonra...

Dünənki qəbulda xüsusi vurğulanan məqamlardan ən başçlıca olanı işğaldan azad olunan ərazilərin su potensialından düzgün istifadə ilə bağlı idi. Dövlət başçısı azad edilmiş torpaqlarda böyük su mənbələrimizin mövcudluğuna və su mənbələrimizin oradan formalaşmasına diqqət çəkərək bildirdi: “Biz uzun illər ərzində, 30 ilə yaxın müddətdə bu imkanlardan məhrum idik. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini, o cümlədən bu sahədə də aparırdı və bizə qarşı ekoloji terror təşkil edilmişdir. Meşələrin qırılması, qoruqların məhv edilməsi - 54 min hektar meşə sahəsi ermənilər tərəfindən kəsilib, dağıdılıb, talanıb, oğurlanıb və bu, böyük cinayətdir. Dəymiş bütün ziyan indi hesablanır, o cümlədən bu ziyan da hesablanacaq. Onlar bizi sudan məhrum etmişdilər. Sərsəng su anbarı və Suqovuşan su anbarı onların nəzarətində idi. Bu iki su anbarını 1970-ci illərdə ulu öndər Heydər Əliyev tikdirmişdir. Onun təşəbbüsü ilə bu su anbarları tikilmişdir ki, Ağdam, Tərtər, Goranboy, Bərdə və digər rayonlarımızda suvarma işləri aparılsın. Sərsəng su anbarının əsas məqsədi, funksiyası sadaladığım və digər rayonlarımıza suyun verilməsi idi. O vaxt bu mənbədən 100 min hektara yaxın torpağa su verilirdi, eyni zamanda, Suqovuşandan da. Lakin o, kiçikhəcmli su anbarıdır. Sərsəng su anbarında 500 milyon kubmetrdən çox su toplanırdı. Ancaq ermənilər suyumuzu kəsirdilər, qışda ekoloji ziyan vurmaq üçün qəsdən buraxırdılar, yaz-yay aylarında suyu kəsirdilər, biz susuz qalmışdıq. Biz o bölgənin suvarılması ilə bağlı xüsusi tədbirlər planı hazırlamışdıq və mənim göstərişimlə orada yüzlərlə subartezian quyusu qazılmışdır. Ancaq biz Suqovuşan qəsəbəsini azad edərkən Suqovuşan su anbarını da nəzarətimizə götürdük. Suqovuşan nəzarətimizə keçəndən sonra imkan yaranıb ki, dediyim Ağdam, Tərtər, Bərdə, Goranboy və digər rayonlarımızda su təminatı böyük dərəcədə yaxşılaşsın. Ancaq o rayonlara gedən kanallar uzun illər ərzində istifadəsiz qalıb. Təhlil aparılmalıdır, onların vəziyyəti nə yerdədir, təmirə ehtiyac varsa, bu işlərə də baxılmalıdır ki, biz vaxt itirmədən suyu sahə başına, vətəndaşlarımızın sərəncamına gətirək.
Ağdam rayonunda Xaçınçay su anbarı, Füzuli şəhərinin, daha doğrusu, dağıdılmış şəhərin yaxınlığında su anbarı yerləşir. Artıq mənim göstərişimlə oraya qruplar ezam edilmişdir. Azad edilmiş torpaqlarda digər su anbarları da var. Onların bütün parametrləri təhlil edilməlidir. Əlbəttə ki, biz bu su anbarlarından səmərəli şəkildə istifadə edəcəyik. Azad olunmuş torpaqlara vətəndaşlarımız qayıdandan sonra əlbəttə ki, bu, onlar üçün əlavə imkanlar yaradacaqdır”.

Göründüyü kimi, dövlət başçısı görülməli olan meliorativ tədbirlərlə bağlı konkret tələbləri və istiqamətləri göstərib. Qalır bir an öncə təhlillər aparmaq və işə başlamaq. Dövlət başçısının hər məsələdə olduğu kimi, bu sahədə də ortaya qoyduğu qətiyyət onu deməyə əsas verir ki, ən qısa zamanda respublikanın su təsərrüfatı sistemi də ən müsair tələblərlə yenidən formalaşacaq. Bütün bunlar isə nəticə etibarı ilə vətəndaşlarımızın rahat və maneəsiz şəkildə təbii sularımızdan istifadəsinə hesablanıb.

“ƏDV geri al” çərçivəsində istehlakçılara 60,2 milyon manat geri qaytarılıb
“ƏDV geri al” çərçivəsində istehlakçılara 60,2 milyon manat geri qaytarılıb
Yelo Bank hesabat dövrünü 5.7 milyon xalis mənfəətlə başa vurub
Yelo Bank hesabat dövrünü 5.7 milyon xalis mənfəətlə başa vurub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Loading Bars
Xəbər lenti
Sabah 30 dərəcəyədək isti olacaq
Azərbaycanla Pakistan arasında daha bir saziş təsdiqlənib
Rusiyada koronavirusun iki yeni forması tapılıb
Azərbaycan-İran sərhədində atışma: 1 nəfər yaralanıb - DSX (FOTO)
"Karvan-L" şirkətlər qrupu orqanik pomidorun istehsalına davam edir (FOTO)
Füzulidə xeyli silah-sursat aşkarlanıb (VİDEO)
Ceyhun Bayramov Misirə başsağlığı verib
Qaxda qanunsuz ovla məşğul olanlar saxlanılıb
Yaponiyanın NEXI şirkəti ilə İqtisadiyyat Nazirliyi Anlaşma Memorandumu imzalayıb
Mədəniyyət Nazirliyində yeni komissiya yaradıldı
Cəbrayıl rayonunun Mehdili kəndi (VİDEO)
"MOL Group" "Azəri-Çıraq-Günəşli" üzrə hasilat həcmlərini açıqlayıb
İran Azərbaycanla preferensial ticarət müzakirələrini davam etdirir
Ermənistanda hərbi xidmət üçün yaş həddi artırılıb
Xaçmazda mağazadan oğurluğa cəhd edən dəstə yaxalandı
Neftçalada su qıtlığını aradan qaldırmaq üçün yeni layihə icra olunacaq
Daha bir vəzifəli şəxs rüşvət alarkən yaxalandı
QHT-lərə Dövlət Dəstəyi Agentliyi publik hüquqi şəxs yaradılıb - Fərman
Şanlı qəhrəmanlıq salnaməsi
Şamaxıda ilk dəfə çörəkotu əkininə başlanıb (FOTO)
Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun növbəti iclası keçirilib
Saatlıda yas mərasimi dayandırılıb
İrəvanın yeganə nicat yolu Bakı və Ankaradan keçir - Deputat
Azərbaycan Dillər Universitetində Çin dili günü qeyd olunub
Bakı Limanının yük dövriyyəsi artıb
Qusarda əkin sahələrinin suvarılması üçün işlər görülür
Qarabağda Belarus aqroşəhərciklərinin tikintisi nəzərdə tutulur
Ötən gün 23 yanğın olub, 1 nəfərin meyiti çıxarılıb - Əməliyyat görüntüləri (VİDEO)
Düşmən elə tələlər qurub ki, bəzən minatəmizləyənlər də ağır yaralanır – Trend TV-nin REPORTAJI
Türkiyənin yeni səfiri Azərbaycana gəlir (FOTO)
“ƏDV geri al” çərçivəsində istehlakçılara 60,2 milyon manat geri qaytarılıb
Rusiyada peyvənddən sonra anticisimləri müəyyənləşdirən ekspres test hazırlanıb
Cəlilabadda yaşayış yerini tərk edən COVID-19 xəstəsi saxlanılıb
Göyçayda əməliyyat - Rüşvət alan vəzifəli şəxslər həbs edildi
"Din və ideoloji təhlükəsizlik" kitabının online təqdimatı keçirilir
Ağcabədi-Xocavənd yolunda işlər yekunlaşmaq üzrədir (FOTO)
Daha 146 şəhid və qazi ailəsinin məişət şəraiti yaxşılaşdırılıb
Sabah Milli Məclidə komitələrin birgə iclası keçiriləcək
Azərbaycanda qızıl bahalaşır
İstirahət günləri evdən çıxan daha 9 koronavirus xəstəsi saxlanıldı
Bakıda ən çox yoluxma bu rayonlarda olub
Kürün bir hissəsində təmizləmə işləri aparılıb (FOTO)
Ölkə üzrə COVID-19-a yoluxma STATİSTİKASI
Yelo Bank hesabat dövrünü 5.7 milyon xalis mənfəətlə başa vurub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Prezident İlham Əliyev yenidən qurulan “Hövsan” və “Maştağa” yarımstansiyalarının açılışını edib (FOTO/VİDEO) (YENİLƏNİB)
Füzuli rayonunun Sərdarlı kəndi (VİDEO)
Kapital Bank biznes və sahibkarlar üçün 24/7 fəaliyyət göstərən özünəxidmət sahəsi yaradıb
Aprelin 19-da xarici valyutaların manata qarşı məzənnələri
Xocalı polisi reyd keçirib (FOTO)
Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb (FOTO)
Martda 1200-ə yaxın sahibkar təlimlərdən və məsləhət xidmətlərindən faydalanıb
Bakıda 11 marşrut xətti üzrə avtobuslar gecikir (FOTO)
Hindistanda koronavirusa yoluxanların sayı 15 milyonu ötüb
Bakıda mənzildən kişi meyiti tapılıb
Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb (FOTO)
Yevlaxda ikimərtəbəli ərzaq mağazası yanıb
Braziliyada ötən sutka koronavirusdan 1 657 nəfər ölüb
COVID-19 pandemiyası əməkdaşlıq üçün yeni imkanlar yaradıb - Latviya səfirinin müşaviri
Qazaxıstanda son sutkada koronavirusa 2 179 nəfər yoluxub
Bayden amerikalıları təcili koronavirusa qarşı peyvəndlənməyə çağırıb
İsraildə aktiv koronavirus xəstələrinin sayı 2 239 nəfərə düşüb
Helsinkidə məhdudiyyətlərə qarşı etiraz aksiyası keçirilib, saxlanılanlar var
FİFA yeni Super Liqanın yaradılmasına qarşı çıxıb
Misirdə qatarın relsdən çıxması nəticəsində 11 nəfər ölüb, 98 nəfər yaralanıb
Afrikada koronavirusa yoluxanların sayı 4,42 milyonu ötüb
Avropanın 12 top klubu futbol üzrə yeni Super Liqanın yaradıldığını elan edib
UEFA bu gün AVRO-2020 oyunlarına ev sahibliyi edəcək şəhərləri təsdiq edəcək
Rusiya XİN 20 çexiyalı diplomatı "persona non-qrata" elan edib
Parataekvondoçularımız Özbəkistanda təlim-məşq toplanışında iştirak edəcəklər
Türkiyədə son sutkada koronavirusdan 43 856 nəfər sağalıb
Heydər Əliyev prospektində qəza olub (FOTO)
Üzgüçülərimiz hazırlıq mərhələsində yaxşı nəticələr göstəriblər
Dünyada koronavirusa yoluxanların sayı 140 milyonu ötüb
İraqda hərbi baza raket hücumuna məruz qalıb
Cüdoçularımız Avropa çempionatını iki bürünc medalla başa vurublar
Türkiyə sahillərində 4,2 bal gücündə zəlzələ olub
İki paraatletimiz İtaliyada qızıl medal qazandı
Britaniyada koronavirusa yoluxanların sayı 4,38 milyon nəfəri ötüb
Myanmada toqquşmalarda ölənlərin sayı 737-ə çatıb
Futbol üzrə İtaliya çempionatı: "Atalanta" "Yuventus"a qalib gəldi
“YAŞAT” Fondunun əməkdaşları respublika üzrə 2 min 881 şəhid ailəsini ziyarət ediblər
Tayvanda iki güclü zəlzələ baş verib
Bakıda ikimərtəbəli ev yanıb
Misirdə qatar qəzasında 100-ə yaxın sərnişin xəsarət alıb
Formula-1 Qran Prisinin Mayamidə keçiriləcəyi razılaşdırıldı
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
NASA helikopterinin Marsda ilk uçuşu aprelin 19-na planlaşdırılıb
Azərbaycanda 2 144 nəfər COVID-19-a yoluxub, 33 nəfər vəfat edib
Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Qarabağa aid sənədli film istehsal olunub (FOTO)
Ombudsman Səbinə Əliyeva 3-cü “Fərqli Fərdlər” Konqresində iştirak edib (FOTO)
İsmayıllıda COVİD-19 xəstəsi bazarda aşkarlanıb
Suriya prezident seçkilərinin vaxtını təyin edildi
Bədii gimnastlarımız Dünya Kubokunda iştirak edib
Adobe şirkətinin təsisçisi və PDF formatının yaradıcısı Çarlz Geşke vəfat edib
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyyətinin zoom vasitəsilə XIX toplantısı keçirilib
İranda koronavirusa yoluxanların sayı 2,2 milyona çatıb
Bitkoinin qiyməti 11 faizdən çox ucuzlaşıb
Rusiyada son sutkada koronavirusdan 389 nəfər ölüb
Çexiya 18 rus diplomatının ölkədən çıxarır
Bütün xəbərlər