...

İranla sərhəddə su bəndlərinin şimalının təhlükəsizliyi Azərbaycana həvalə edilib

Siyasət Materials 23 Aprel 2021 19:38 (UTC +04:00)
İranla sərhəddə su bəndlərinin şimalının təhlükəsizliyi Azərbaycana həvalə edilib

Bakı. Elnir Bağışov - Trend:

İranla sərhəddə Araz çayı üzərində su bəndlərinin şimal hissəsinin təhlükəsizliyinin təmini Azərbaycana həvalə olunub.

Bu barədə Trend İranın Azərbaycandakı Səfirliyinin "Twitter" hesabına istinadən məlumat verir.

Məlumata görə, bununla bağlı İran və Azərbaycan sərhəd qoşunları komandanları müavinlərinin iştirakı ilə iclas keçirilib.

İclasda sərhəddə Araz çayı üzərindəki müştərək su bəndlərinin şimal hissəsinin təhlükəsizliyinin təmini Azərbaycan Respublikasının sərhədçilərinə həvalə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti