...

Türkiyənin Azərbaycana yeni təyin edilmiş səfiri Quba rayonuna səfər edib

Siyasət Materials 10 May 2021 19:51 (UTC +04:00)

Bakı. Trend:

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşəbbüsü ilə Türkiyənin Azərbaycana yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı Quba rayonuna səfər edib.

Trend-in məlumatına görə, səfər çərçivəsində C.Bağcı bir qrup Türkiyəli iş adamları ilə birgə Quba şəhərində “Soyqırımı Memorial Kompleks”ini ziyarət edib. İlk öncə soyqırım qurbanlarının xatirəsinə ucalmış abidənin önünə gül-çiçək dəstələri düzülüb, daha sonra səfir və digər qonaqlara erməni vandallarının 1918-ci ildə Azərbaycanda törətdikləri insanlığa sığmayan vəhşilikəri haqqında ətraflı məlumat verilib.

Görüşün sonunda Kompleks tərəfindən hazırlanan təbliğat və tanıtım xarakterli kitab-albom, buklet, müxtəlif kitabçalar, flayer və digər çap məhsulları gələn ziyarətçilərə təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti