...

Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi üçün heç bir səbəb yoxdur - Lavrov

Siyasət Materials 17 May 2021 16:05 (UTC +04:00)
Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi üçün heç bir səbəb yoxdur - Lavrov

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiya Ermənistanla Azərbaycana sərhədlərin delimitasiyası məsələsində kömək göstərməyə hazırdır.

Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi üçün heç bir səbəb yoxdur:

"Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətə gəldikdə, Azərbaycan tərəfi insidentdən sonra bəyanatlar verərək baş verənləri anlaşılmazlıq adlandırıb və bunu müəyyənləşdirilmiş sərhədlərin mövcud olmaması ilə əlaqələndirib. Orada heç vaxt heç kim demarkasiya, delimitasiya işləri ilə məşğul olmayıb. Biz tərəflərə təklif etdik ki, bu işə başlasınlar. Biz bu işdə onlara kömək göstərməyə, kartoqrafik materialları təqdim etməyə və məsləhət xidmətləri verməyə hazırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti