...

Regionda yeni nəqliyyat və kommunikasiyaların açılması “Əsas məsələ”də müzakirə olunub (FOTO/VİDEO)

Siyasət Materials 11 İyun 2021 17:29 (UTC +04:00)
Regionda yeni nəqliyyat və kommunikasiyaların açılması “Əsas məsələ”də müzakirə olunub (FOTO/VİDEO)

Bakı. Trend:

Ermənistan iki istiqamətdə Azərbaycanın nəqliyyat imkanlarından istifadə etməklə, öz ticarət dövriyyəsinin 25-30 faizini təşkil edən Rusiya ilə əlaqə yarada bilər: Gümrü-Naxçıvan-Meğri-Bakı və İcevan-Qazax-Bakı. Nəzərə alsaq ki, Qarsdan Gümrüyə də dəmiryolu xətti mümkündür, bütövlükdə xarici mənbələrin hesablamalarına görə, Qars-Gümrü-Naxçıvan-Meğri-Bakı üçün təxmini 434 milyon ABŞ dolları xərc tələb edilir və dəmir yol layihəsi illik 10 milyon ton yük daşımaqla fəaliyyətinin 13-cü ilində mənfəət gətirə bilər. Bununla yanaşı, Türkiyədə Qarsdan Naxçıvana və Naxçıvandan Mehri dəhlizi üzərindən Zəngilana planlaşdırılan dəmiryolu xətti daha böyük strateji əhəmiyyət kəsb etməklə yuxarıdakı layihəni tamamlayır. Beləliklə, Azərbaycan və Türkiyənin dəmiryolu xətlərinin inteqrasiyasına Ermənistanın qoşulmaq imkanları rəsmi Yerevanın nə qədər rasional siyasət yürütməsindən asılı olacaqdır. Ermənistan təkcə Türkiyə üzərindən Aralıq və Qara dəniz limanlarına deyil, həm də Azərbaycan üzərindən Culfa vasitəsilə İranla əlaqələr qurmaq şanslarını da qiymətləndirməlidir.

Trend-in məlumatına görə, AzTV-nin “Əsas məsələ” verilişində Tofiq Abbasovun təqdimatında “Regionda yeni nəqliyyat və kommunikasiyaların açılması, S.Lavrovun açıqlamaları, Ermənistanın mina xəritələrini verməməsi, M.Zaxarovanın mövqeyi, eləcə də Ermənistan daxilindeki seçkiqabağı xaos” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Milli Məclisin deputatı Məzahir Əfəndiyev, BMTM-nin şöbə müdiri Cavid Vəliyev və politoloq Qabil Hüseynli mövzu ətrafında müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

İnformasiya dəstəkçisi TREND

Məqalədə:
Xəbər lenti

Xəbər lenti