Prezident İlham Əliyev Rumıniyanın, Avstriyanın, Litvanın xarici işlər nazirlərini və Avropa İttifaqının nümayəndə heyətini qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)

Prezident İlham Əliyev Rumıniyanın, Avstriyanın, Litvanın xarici işlər nazirlərini və Avropa İttifaqının nümayəndə heyətini qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borelin mandatı əsasında Azərbaycana səfər edən Rumıniyanın xarici işlər naziri Boqdan Aureskunu, Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberqi, Litvanın xarici işlər naziri Qabrielius Landsbergisi və Avropa İttifaqının nümayəndə heyətini qəbul edib.

Trend xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev dedi:

–Xoş gəlmisiniz. Avropa İttifaqından belə böyük nümayəndə heyətini görməyə şadam. Bu, bizim əməkdaşlığımızın, Avropa İttifaqı və onun üzvlərinin regional məsələlərə cəlb olunmasının yaxşı göstəricisidir. Bilirsiniz ki, bizim Avropa İttifaqı ilə əməkdaşlığımız çox uğurludur. Azərbaycan bir çox ölkə ilə, 9 üzv ölkə ilə strateji tərəfdaşlığa dair sənəd və sazişlər imzalayıb və qəbul edib. Düşünürəm ki, bu, bizim ölkəmizin çox böyük nailiyyətidir. Çünki, bu, üzv ölkələrin üçdəbirini təşkil edir və onu göstərir ki, əməkdaşlığın çərçivəsi həqiqətən çox genişdir, qarşılıqlı maraq, qarşılıqlı əhəmiyyət kəsb edən çox sahələri əhatə edir.

Biz üç il əvvəl Avropa İttifaqı ilə Azərbaycan arasında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığını dəstəkləyən tərəfdaşlıq prioritetlərinə dair sənədi parafladıq. Bu, yeni hərtərəfli sazişin razılaşdırılması istiqamətində çox mühüm addım oldu. Mən başa düşdüyüm qədərilə sizin regiona səfəriniz Ermənistanla Azərbaycan arasında münaqişədən sonra yaranmış hazırki vəziyyətə həsr olunub. Başqa sözlə desək, postmünaqişə vəziyyəti əhəmiyyət kəsb edir, çünki düşünürəm ki, indi – bu il və gələn il ərzində postmünaqişə vəziyyəti ilə bağlı əsas fundamental yanaşmalar işlənib hazırlanacaq. Azərbaycanın mövqeyi çox açıq və aydındır.

Mən artıq dəfələrlə bu barədə danışmışam ki, biz postmünaqişə vəziyyətindən Cənubi Qafqazda sülhməramlı inkişafa və əməkdaşlığa keçmək istəyirik. Əfsuslar olsun ki, biz indiyədək Ermənistan hökumətindən buna bənzər nə isə eşitməmişik. Ermənistan hökuməti bizim Ermənistanla sülh sazişinə dair danışıqlara başlamaqla bağlı heç bir bəyanatımıza məhəl qoymur. Lakin ola bilsin ki, seçkiqabağı vəziyyət bu cür bəyanatlar vermək üçün çox əlverişli olmayıb. Amma indi Ermənistanda seçkilər başa çatandan sonra ümid edirik ki, müsbət cavab olacaq. Əlbəttə, düşünürəm ki, sizin Ermənistanda təmaslarınız zamanı bu məsələ də müzakirə ediləcək. Çünki əgər bizim Ermənistanla sülh sazişimiz olmasa, bu, o deməkdir ki, sülh də yoxdur. Təkcə iki ölkə arasında deyil, həm də Cənubi Qafqazda sülh yoxdur. Bizə sülh və dayanıqlı inkişaf, proqnozlaşdırılma, sıfır müharibə riski lazımdır, bizə müharibə lazım deyil. Bizə əvvəl də müharibə lazım deyildi.

Beləliklə, düşünürəm ki, bu, bizim fəal əməkdaşlıq edə biləcəyimiz sahələrdir. Şadam ki, Avropa İttifaqı regional məsələlərdə öz iştirakını nümayiş etdirir və sizin səfəriniz bunun aydın göstəricisidir. Biz Cənubi Qafqazda sülh, barışıq, inkişaf və əməkdaşlıq işinə xidmət edən istənilən iştirakı qiymətləndiririk.

Müharibədən əvvəlki vəziyyətə gəlincə, mən sadəcə olaraq bir daha öz mövqeyimizi ifadə etmək istəyirəm. Azərbaycan hər zaman Ermənistanla münaqişənin sülh yolu ilə həllinə sadiq olub və bizim 28 il ərzində Minsk qrupu yaradılandan etibarən danışıqlar prosesində olmağımız faktının özü bunun aşkar göstəricisidir. Biz məsələni sülh yolu həll etmək istəyirdik və danışıqlar prosesinin müxtəlif dövrlərində ümidlərimiz var idi.

Mən 2003-cü ildən danışıqlar prosesində iştirak etmişəm. Ermənistanın 3 lideri ilə danışıqlar aparmışam və sizə deyə bilərəm ki, bu, dünyada aparılmış istənilən növ danışıqlarda çox mənfi təcrübə idi. Çünki uzun illər davam edən bu mənasız danışıqlardan sonra biz açıq-aydın dərk etdik ki, Ermənistan sülh istəmir. Onlar status-kvonu dəyişməz saxlamaq istəyirdilər. Onlar bizim torpaqlarımızı əbədi işğal altında saxlamaq istəyirdilər və onların danışıqlarda iştirakı bir növ danışıqlar prosesinin imitasiyası idi. Onlar beynəlxalq və Avropa təşkilatlarını çaşdırmağa çalışırdılar ki, onlar həll istəyirlər, Azərbaycan isə konstruktiv deyil. Son vaxtlar baş verənlər isə çox sayda təxribatçı addımlar atmış, əməllər törətmiş və müharibəyə təhrik etmiş Ermənistan hökumətinin məsuliyyətidir. Mənim mövqeyimi sübut edə bilən çox sayda dəlil var. Mən sizə cəmi bir neçə nümunə göstərəcəyəm. Ermənistanın müdafiə naziri ictimai şəkildə bəyan etdi ki, Ermənistan yeni ərazilər uğrunda yeni müharibəyə hazırlaşır. Bu, Azərbaycana qarşı açıq təhdid idi. Ermənistanın baş naziri bildirdi ki, Dağlıq Qarabağın qondarma rəhbərliyi danışıqlarda iştirak etməlidir. Bu, əslində, təkcə bizim maraqlarımıza qarşı deyildi, həm də ATƏT-in Minsk qrupu və onun həmsədrlərinin işləyib hazırladığı formata qarşı idi. Bu səbəbdən də bu mövqe ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini də, yumşaq desək, bir qədər təəccübləndirmişdi. Onlar obyektiv olaraq bunu danışıqlar prosesindən çıxmaq cəhdi hesab etmişdilər. Çünki danışıqların formatı iki ölkə və ATƏT tərəfindən yaradılmışdı: Ermənistanla Azərbaycan arasında olan münaqişə.

Ermənistan rəhbərliyinin daha bir təxribatçı bəyanatı o idi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Bu da faktiki olaraq istənilən danışıqlara son qoydu. Birincisi, bu, çox ziddiyyətli bəyanat idi, çünki bir tərəfdən Ermənistan rəhbərliyi deyirdi ki, Qarabağ müstəqil ölkədir və Azərbaycan onunla danışıqlar aparmalıdır. Sonra da deyirdilər ki, Qarabağ Ermənistandır. Biz onlardan bunlardan hansının həqiqət olduğunu soruşduq. Əslində, onlar hər iki halda yalan danışırdılar. Lakin bu, istənilən danışıqları lazımsız və mənasız edən çox təxribatçı bəyanat idi. Minsk qrupu ölkələrinin səfirləri ilə görüşlərimdə mən görürdüm ki, bu mövqe onları da bir qədər çaşdırır və təəccübləndirir və əslində, onlar nə edəcəklərini bilmirlər. Əgər Qarabağ Ermənistandırsa, onda bu barədə nə danışmaq olar? Bu, danışıqlar prosesini tamamilə məhv etmək və torpaqları əbədi işğal altında saxlamaq üçün Ermənistan rəhbərliyinin məqsədli cəhdi idi.

Lakin bu, hələ hamısı deyil. Ötən il onlar təmas xəttində və bizim dövlət sərhədində üç təxribatçı hərbi əməl törədərək mülki şəxsləri qətlə yetirdilər, kəndlərimizi bombaladılar və bizi təhrik etdilər. Beləliklə, İkinci Qarabağ müharibəsi qaçılmaz idi və bu, hər kəs üçün aydın idi.

Hazırda biz münaqişədən sonrakı inkişaf vəziyyətindəyik. Dağlıq Qarabağ münaqişəsi həll olunub. Bununla bağlı danışıqlar aparası heç nə yoxdur. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat bəzi beynəlxalq siyasətçilərin təqdim etməyə çalışdığı kimi, təkcə atəşkəs razılaşması deyil. Bu sənədə baxan hər kəs görəcək ki, o, təkcə atəşkəslə bağlı deyil, bir çox başqa məsələlərlə bağlıdır. Biz postmünaqişə vəziyyəti barədə düşünməliyik. Çıxışımın əvvəlində qeyd etdiyim kimi, biz səhifəni çevirməyə, irəli getməyə və regional sabitliyə töhfə verməyə hazırıq.

Bir daha səfərə görə minnətdarlığımı bildirmək istərdim. Ümidvaram ki, səfər çox uğurlu, səmərəli olacaq. Sizin regiona səfərinizdən sonra gələcək planları müzakirə etmək üçün biz Brüsseldəki səfirliyimiz, Xarici İşlər Nazirliyimiz vasitəsilə mütləq əlaqə saxlayacağıq. Bir daha xoş gəlmisiniz.

Rumıniyanın xarici işlər naziri Boqdan Auresku dedi:

-Cənab Prezident, əvvəla, bu görüşdə olmaq və müzakirə aparmaq bizim üçün böyük şərəfdir, bu təklifi qəbul etdiyiniz üçün təşəkkür edirik. Üç nazir, xüsusi nümayəndə və Avropa İttifaqının xarici əlaqələr xidmətindən olan həmkarlarımızın ölkənizə səfərə gəlməsi cari ilin may ayında Lissabon şəhərində keçirilmiş Avropa İttifaqı xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü zamanı aparılmış müzakirələrin nəticəsidir. Həmin görüş Rumıniyanın təşəbbüsü ilə keçirilib və bizim təşəbbüsümüzlə gündəliyə regional münaqişələr mövzusu da daxil olunub. Sözügedən görüşün sonunda biz qərara gəldik ki, Avropa İttifaqı regionla daha yaxından məşğul olmaq, münaqişələrin həllində iştirak etmək, Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə tərəflərin razılığı olduğu təqdirdə postmünaqişə dövründə inkişaf proseslərinə cəlb olunmaq istiqamətində səylərini artırmaq niyyətindədir.

Bizim burada olmağımızın məqsədi regionun sabitliyi və təhlükəsizliyinə güclü dəstək mesajını vermək, habelə Sizin də qeyd etdiyiniz kimi, münaqişədən sonrakı dövr üçün qarşıda duran bütün məsələlərin müfəssəl həlli istiqamətində nə kimi dəstəyin göstərilə biləcəyini nəzərdən keçirməkdir.

Eyni zamanda, bu səfər cari ilin sonunda keçirilməsi nəzərdə tutulan Şərq Tərəfdaşlığı Zirvə toplantısına hazırlıq məqsədi daşıyır. Avropa İttifaqı üçün Azərbaycan mühüm rola malikdir, enerji sahəsində strateji tərəfdaşdır, regionda Avropa İttifaqının ən iri ticarət tərəfdaşıdır və Avropa İttifaqının ən çox sərmayə yatırdığı ölkədir. Bizim üçün Azərbaycan Cənubi Qafqazın sabitliyi və firavanlığı baxımından böyük əhəmiyyət kəsb edir. Biz Azərbaycanı tolerantlığın, multikulturalizmin və dinlərarası dialoqun nümunəsi kimi yüksək qiymətləndiririk. Mən bilirəm ki Siz prezidentlik dövrünüzdə bütün bunlara nail olmaq üçün böyük işlər görmüsünüz.

Ölkəniz regional bağlılıq baxımından da vacib rol oynayır. Bu sahədə də müzakirələrin aparılması və gələcək əməkdaşlıq üçün geniş imkanlar var. Münaqişədən sonrakı dövr üçün proseslərdən danışarkən Sizin fikirlərinizi öyrənmək istərdik. Bildiyiniz kimi, biz buradan Ermənistana, oradan isə Tbilisiyə səfər edəcəyik. Yəni, etimad quruculuğu, yenidənqurma, vəziyyətin sabitləşdirilməsi kimi sahələrdə biz nə edə bilərik? Bu yaxınlarda müəyyən addımlar atılıb, saxlanılan bəzi şəxslər qarşı tərəfə verilib, minaların xəritələri təqdim olunub. Biz belə prosesləri gələcəkdə dəstəkləməkdə maraqlıyıq və hesab edirik ki, etimad quruculuğu baxımdan bu, olduqca vacibdir.

Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq regionun postmünaqişə dövrünü yaşadığını vurğulayaraq, bundan sonra sülh dövrünə və dayanıqlı dinc həll mərhələsinə keçilməsinin önəmini qeyd etdi. Bildirdi ki, Avropa İttifaqının regiona, o cümlədən bölgənin iqtisadi sahəsinə böyük marağı var. Aleksandr Şallenberq dedi ki, Avropa İttifaqı regionda bir çox məsələlər üzrə ATƏT ilə əlaqəli şəkildə fəaliyyət göstərir.

Litvanın xarici işlər naziri Qabrielius Landsbergis bir neçə ay əvvəl Azərbaycana səfərini məmnunluqla xatırladı. Həmin səfər zamanı bir sıra məsələlər ətrafında fikir mübadiləsinin aparıldığını qeyd edərək, budəfəki səfərin müzakirələrin davamı üçün imkan yaratdığını vurğuladı.

Banklarda informasiya təhlükəsizliyinin idarə edilməsi qaydası təsdiq edilib
Banklarda informasiya təhlükəsizliyinin idarə edilməsi qaydası təsdiq edilib
“Rabita Mobile” ilə kredit ödə və dəyərli hədiyyə qazan!
“Rabita Mobile” ilə kredit ödə və dəyərli hədiyyə qazan!
ABŞ-da dövlət borcu limitini keçdiyi üçün əlavə təcili tədbirlər görülür
ABŞ-da dövlət borcu limitini keçdiyi üçün əlavə təcili tədbirlər görülür
Loading Bars
Xəbər lenti
Bəxtiyar Əmrahovun evində axtarış aparılması barədə məlumatlar əsassızdır - DİN
“Səyyar Gənclər Xidməti” şimal bölgəsində (FOTO)
İsmayıllıda meşədə narkotik becərənlər “iş başında” yaxalandı (FOTO)
“Park Bulvar”da TƏBİB tərəfindən səyyar vaksinasiya məntəqəsi təşkil edilib (FOTO)
Tokio-2020: Güləşçimiz erməniyə qalib gələrək medal qazandı
Kənd təsərrüfatı məhsullarına ziyan vuran viruslar yayılır - AQTA
Sabunçuda narkotik satan ana və oğlu saxlanılıblar (FOTO/VİDEO)
2023-cü ilin sonuna qədər DOST mərkəzlərinin sayının 13-ə çatdırılması planlaşdırılır - Nazir
Banklarda informasiya təhlükəsizliyinin idarə edilməsi qaydası təsdiq edilib
Qırğızıstanın sabiq baş naziri saxlanılıb
İnsanlar sevdikləri işlə məşğul olduqda daha məhsuldar və yaradıcı olurlar - Filial rəhbəri (FOTO)
“Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 341-ə, vakansiyaların sayı 1484-ə çatıb
Temperatur yüksəlir: 43 dərəcəyədək isti olacaq
İranda ötən sutka 39 min nəfər koronavirusa yoluxub, 378 nəfər ölüb
Prezident İlham Əliyev 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib (FOTO)
Medianın İnkişafı Agentliyində Əl-Cəzirə Media Şəbəkəsinin İctimai Azadlıqlar və İnsan Haqları Mərkəzinin direktoru ilə görüş olub
Qarabağı DAHA YAŞIL bərpa edək!
Paşinyan yeni hökumətini formalaşdırır - Altı nazir təyin edildi
Eldəniz Səlimov saxlanılıb
Təyyarələrimiz Zəngəzur üzərindən uçsa, qiymətlər ucuzlaşa bilər - Ekspert
Sabah 41 dərəcəyədək isti olacaq
Astarada 85 yaşlı qadın yanğında ölüb
Aİ-98 benzini niyə bahalaşıb?
Ceyhun Bayramov BMT-nin Azərbaycandakı yeni resident əlaqələndiricisini qəbul edib (FOTO)
Eldəniz Səlimovu hansı cəza gözləyir?
Kanadanın baş naziri ABŞ prezidentinə mərcdə uduzub
Deputat Eldəniz Səlimovun toxunulmazlığı ləğv edildi
Baş prokuror Eldəniz Səlimova qarşı cinayət işinin maddəsinə aydınlıq gətirib
Məşhur Hollivud filminin əsasında serial çəkiləcək
Ən təhlükəli qida allergenlərin siyahısı açıqlanıb
İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə
BTQ ilə daşınan konteynerlərin sayı 60 faizdən çox artıb
Spikerdən sərt reaksiya: Deputatın yiyəsi xalqdır
Hindistanda hərbi helikopter qəzaya uğrayıb
Yardımlı meşəsində yanğının söndürülməsinə helikopter cəlb edilib
“İnfiniti”və “Extra” gecə klublarının rəhbərləri həbs ediliblər (FOTO)
"bp"nin mənfəəti 3 milyard dollardan çox olub
Narkotikə görə polis şöbəsində saxlanılan şəxs ölüb
Vilyam Hacıyevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq
Yüngül atlet Ramil Quliyev Olimpiya Oyunlarında yarımfinala yüksəlib
Cəlilabadda metamfetamin satanlar saxlanılıb
Azərbaycanda baramaçılıqla bağlı yeni dövlət standartı təsdiq edilib
Eldəniz Səlimovun hərəkəti parlament üçün çox böyük bir ləkədir - Komissiya sədri
Eldəniz Səlimovun toxunulmazlığının ləğvi ilə bağlı təqdimatımın kifayət qədər əsasları var - Baş prokuror
Karantini pozan restoran icarədarı həbs edilib (FOTO)
“Rabita Mobile” ilə kredit ödə və dəyərli hədiyyə qazan!
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycanda peşəkar dövlət idarəçiliyi mövcuddur - Deputat
Müəlllimlər üçün vakansiya seçiminə start verilir
Paytaxtda 8 yeni məktəb binası inşa olunur (FOTO)
Milli Məclis Eldəniz Səlimovun toxunulmazlığına xitam məsələsini müzakirə edir
Tovuzda evdən icazəsiz çıxan koronavirus xəstəsi çayxanada tapıldı (FOTO/VİDEO)
Sabahdan bu marşrut xətti kartla ödənişə keçir
USAID Azərbaycanda post-münaqişə bərpa layihələrində iştirak etməyi planlaşdırır
Arvadını qətlə yetirən hakimin məhkəməsi başlayır
Azərbaycanda qızıl bahalaşıb
Füzulidə sərhəd pozucuları saxlanılıb, külli miqdarda narkotik götürülüb
Xaricdə doktorantura təhsili üçün sənəd qəbulunun vaxtı uzadılıb
Həyat yoldaşını qətlə yetirən şəxsin işi məhkəməyə göndərilib
Metroda 4 yeni qatar xəttə buraxılıb (FOTO)
Tovuzda yeni avtomobil tuneli inşa edilir (FOTO)
Sumqayıtda güzəştli mənzillər nümayiş olunub (FOTO)
“YAŞAT düşərgəsi”nə “Shokki Mokki”dən dəstək (FOTO)
Gəncə Dövlət Universitetinin məzunu MİQ imtahanında ən yüksək bal toplayıb
Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyi Türkiyədəki yanğınla bağlı yardım kampaniyasına qoşulub (FOTO)
Karantini pozan gecə klubunun icarədarı 4000 manat cərimələnib
Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə təkrar imtahan keçirilir
İyulda 1400-dən çox şəxsə elektron qaydada pensiya təyin olunub
Milli Məclis Eldəniz Səlimovun toxunulmazlığına xitam vermək məsələsini müzakirə edəcək
Yenə döyüşə getməyə hazıram - Ayağını itirən Qarabağ qazisi (Trend TV)
ABŞ "Delta" ştammına görə karantin məhdudiyyətləri tətbiq etməyəcək
Avqustun 3-də xarici valyutaların manata qarşı məzənnələri
ABŞ-da dövlət borcu limitini keçdiyi üçün əlavə təcili tədbirlər görülür
Polşada qeyri qanuni siqaret istehsalçıları büdcəyə 3,8 milyon avro ziyan vurublar
Serbiya qaz mənbələrinin şaxələndirilməsi üçün "Cənub Qaz Dəhlizi"nə maraq göstərir - Nazir (Müsahibə)
BVF dünya iqtisadiyyatının bərpası üçün 650 milyard dollarlıq ehtiyat aktivləri ayırıb
Çexiya əks kəşfiyyat rəhbərinin səlahiyyətləri daha beş il uzadıla bilər
Güləşçimiz Tokioda bürünc medal uğrunda mübarizə aparacaq
İndoneziya sahillərində zəlzələ baş verib
Estoniyada prezidentliyə Elmlər Akademiyası rəhbərinin namizədliyi təsdiqlənib
Britaniyada koronavirusa yoluxanların sayı 5,9 milyonu ötüb
İranda zəlzələ olub
Rusiyada qasırğa nəticəsində 3 nəfər ölüb, 8 nəfər xəsarət alıb
Türkiyədə son sutkada koronavirusdan 5 947 nəfər sağalıb
"İnstagram"ın işində qüsurlar yaranıb
İranda dörd nəfər daşqın qurbanı olub
Şəhriyar Məmmədyarov “Chessable Masters" turnirində pley-offa vəsiqə qazanıb
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 70 milyon dollara yaxın artıb
Bərdədə ağır yol qəzası baş verib (FOTO)
Azərbaycanda tikinti materiallarının istehsalı artıb
"YouTube" kanalı milyard dollarlıq mərc təklif edir (VİDEO)
Müəllimlər 25 il iş stajından sonra 100 faiz əməkhaqqı ilə təqaüdə çıxmalıdırlar - Ekspert
Azərbaycanda zəlzələ qeydə alınıb
Türkiyədə turist avtobusu qəzaya uğrayıb, ölənlər var
Azərbaycanda da insanların immunitetinə uyğun yeni bir ştamm yarana bilər - Ekspert
Zəngəzur dəhlizi bölgənin iqtisadi inkişafina ciddi təsir göstərəcək - Deputat
Türkiyədə olan FHN-in yanğınsöndürmə qüvvələri yanğınlarla mübarizəni belə davam etdirir (FOTO/VİDEO)
Ermənistanın Azərbaycan Ordusunun avtomobilini atəşə tutması və itkilərin olması barədə məlumat həqiqətə uyğun deyil - MN
"Pallone düzəlişi"ni dəstəkləyənlər ABŞ-dakı erməni diasporu ilə əməkdaşlıqdan faydalanmağa çalışır – Metyu Brayza
Azərbaycan Türkiyəyə 400 milyon kubmetrdən çox qaz ixrac edib
Bütün xəbərlər