...

Ermənistan Azərbaycana qarşı nifrət və kin siyasətinə son qoymalıdır - Peru Jurnalistlər Assosiasiyasının vitse prezidenti

Siyasət Materials 27 Avqust 2021 16:35 (UTC +04:00)
Ermənistan Azərbaycana qarşı nifrət və kin siyasətinə son qoymalıdır - Peru Jurnalistlər Assosiasiyasının vitse prezidenti

Şuşa. Humay Ağacanova - Trend:

Ermənistan Azərbaycana qarşı olan nifrət və kin siyasətinə son qoymalıdır. İstər Şuşada, istərsə də digər azad olunmuş ərazilərdə erməni tərəfinin törətdiyi dağıntılar, tarixi-mədəni abidələrin məhv edilməsi, yaşayış məntəqələrinin dağıdılması bu ərazilərdə yaşayışın yenidən bərpası üçün çətinliklər yaradıb. Bunlardan biri də azad olunmuş bölgələrin kütləvi şəkildə minalanmasıdır.

Bu sözləri hazırda Şuşada səfərdə olan Peru Jurnalistlər Assosiasiyasının vitse-prezidenti Rikardo Sançez Trend-in Qarabağ bürosuna açıqlamasında deyib.

O, ermənilərə səslənərək bütün bunlara son qoyulmasını, minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verilməsini və qonşu ölkə Azərbaycanla sülh içində yaşamağı təklif edib.

Qeyd edək ki, bir sıra Latın Amerikası ölkələri, Kolumbiya, Meksika, Kosta-Rikadan olan jurnalistlər işğaldan azad olunmuş Azərbaycan ərazilərində səfərdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti