...

Seçki komissiyalarının üzvləri və rəhbərləri yoxlamalardan keçiriləcək - MSK

Siyasət Materials 3 Sentyabr 2021 16:23 (UTC +04:00)
Seçki komissiyalarının üzvləri və rəhbərləri yoxlamalardan keçiriləcək - MSK

Bakı. Elçin Mehdiyev – Trend:

Seçki məntəqələrinə üzv və rəhbər seçilənlər savadlı və maarifli insanlar olmalıdır. Biz kimin kim olduğunu aydınlaşdırmalıyıq.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, seçki komissiyalarının üzvləri və rəhbərləri yoxlamalardan keçiriləcək: “Kim uyğun gəlmirsə, biz onları uzaqlaşdıracağıq. Maarifli rəhbər olmalıdır ki, gələcəkdə hansısa xoşagəlməz hadisələr baş verməsin”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti