...

Ukrayna Ali Radasının nümayəndə heyətinin işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri başlayıb

Siyasət Materials 17 Oktyabr 2021 16:44 (UTC +04:00)
Ukrayna Ali Radasının nümayəndə heyətinin işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri başlayıb

Bakı. Trend:

Ölkəmizdə səfərdə olan Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvlərinin Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfəri başlayıb.

Trend xəbər verir ki, Ukrayna Ali Radasının nümayəndə heyəti Ermənistan silahlı qüvvələrinin Ağdam şəhərində törətdiyi vəhşiliklərlə tanış olacaqlar.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Ali Radasının üzvləri Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində dağılan əraziyə baş çəkmişdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti