...

Qələbədən sonra Azərbaycanın qarşısındakı əsas məqsəd Qarabağın yenidən qurulması və bərpasıdır - Hikmət Hacıyev

Siyasət Materials 22 Oktyabr 2021 11:37 (UTC +04:00)
Qələbədən sonra Azərbaycanın qarşısındakı əsas məqsəd Qarabağın yenidən qurulması və bərpasıdır - Hikmət Hacıyev

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev – Trend:

Vətən müharibəsində qələbədən sonra Azərbaycanın qarşısında yeni bir məqsəd durur və bu da Qarabağın yenidən qurulması və bərpa olunmasıdır.

Trend-in məlumatına görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev İstanbulda Türk Şurasının Media forumunda çıxışı zamanı deyib.

H.Hacıyev deyib ki, Azərbaycan torpaqlarının 20 faizi 30 ilə qədər müddətdə erməni işğalı altında olduğu zaman şəhərlərimiz, kəndlərimiz tamamilə dağıdılıb: “21-ci əsrdə bu qədər dağıntılar törətmək ağlasığan deyil. Bizim məqsədimiz sülhə çağırışdır, gələcəkdə bu cür hadisələrin qarşısını almaqdır”.

H.Hacıyev əlavə edib ki, işğal altında olmuş torpaqlarda mədəni irsimiz məhv edilib: “67 məscid dağıdılıb və İslamı təhqir etmək üçün məscidlərdə heyvanlar saxlanlıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti