...

Şərq Tərəfdaşlığı özündə əməkdaşlıq, tərəfdaşlıq məsələlərini ehtiva edir - Latviyanın keçmiş prezidenti

Siyasət Materials 6 Noyabr 2021 14:00 (UTC +04:00)
Şərq Tərəfdaşlığı özündə əməkdaşlıq, tərəfdaşlıq məsələlərini ehtiva edir - Latviyanın keçmiş prezidenti

Bakı. Humay Ağacanova - Trend:

Biz artıq öz qonşularımıza yardım göstərməliyik. Şərq Tərəfdaşlığı özündə əməkdaşlıq və tərəfdaşlıq məsələlərini ehtiva edir.

Trend-in məlumatına görə, bunu VIII Qlobal Bakı Forumunda "Şərq Tərəfdaşlığı: Potensial nədir?" mövzusunda paneldə çıxış edən Latviyanın keçmiş prezidenti Valdis Zatlers deyib.

O bildirib ki, Avropa İttifaqı Azərbaycanın işğaldan azad olunan ərazilərinə köməklik göstərə bilər: "Bu, onun iradəsinin ifadəsi olacaq. Əgər bir ölkə digərinə kömək göstərirsə, onun nüfuzu artır. Düşünürəm ki, növbəti addım belə bir xüsusi yanaşmanı özündə ehtiva edəcək və hər bir ölkə özünə lazım olan yardımı alacaq".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.

Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirdə 300-ə yaxın qonağın canlı və onlayn iştirakı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti