...

Azərbaycanla Rusiya arasında humanitar əməkdaşlığın inkişafı müzakirə olunub (FOTO)

Siyasət Materials 25 Noyabr 2021 14:23 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev noyabrın 25-də Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ilə görüşüb.

Trend-in məlumatına görə, görüşdə dostluq və mehriban qonşuluq təməlləri üzərində qurulmuş Azərbaycan-Rusiya əməkdaşlığının strateji tərəfdaşlıq səviyyəsində hərtərəfli inkişafında iki ölkənin dövlət başçılarının xüsusi rolu vurğulanıb.

İkitərəfli münasibətlərin mühüm istiqamətlərindən biri olan humanitar sahənin əhəmiyyəti qeyd olunub və bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair qarşılıqlı niyyət bir daha ifadə edilib.

Görüşdə humanitar əlaqələrin vacib tərkib hissəsi olan mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub və bu sahədə birgə tədbirlərin keçirilməsinə dair fikir mübadiləsi aparılıb.

Azərbaycanda rus dilinə və rus mədəniyyətinə dövlət səviyyəsində göstərilən diqqət və qayğı yüksək qiymətləndirilib, ölkəmizdə təhsilin rus dilində aparıldığı 340-dan çox məktəbin fəaliyyət göstərdiyi qeyd olunub.

COVID-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, Azərbaycan ilə Rusiya arasında humanitar sahədə əlaqələrin davam etməsi məmnunluqla vurğulanıb.

Söhbət zamanı, həmçinin diaspor və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti