...

Aİ "Şərq Tərəfdaşlığı" proqramına 2 milyard avrodan çox vəsait ayırmaq niyyətindədir

Siyasət Materials 15 Dekabr 2021 22:12 (UTC +04:00)
Aİ "Şərq Tərəfdaşlığı" proqramına 2 milyard avrodan çox vəsait ayırmaq niyyətindədir

Bakı. Trend:

Avropa İttifaqı "Şərq Tərəfdaşlığı" proqramına 2 milyard avrodan çox sərmayə qoymaq niyyətindədir.

Trend xəbər verir ki, bunu Avropa Şurasının sədri Şarl Mişel çərşənbə günü Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı sammitində çıxışı zamanı deyib.

"Təklif etdiyimiz yeni gündəliyimiz iddialı iqtisadi və investisiya planı ilə dəstəklənir. Bu, 2 milyard avrodan çox vəsaiti ehtiva edəcək", - Avropa Şurasının rəhbəri bildirib.

Onun sözlərinə görə, bu investisiyalar proqramda iştirak edən ölkələrin cəmiyyətlərinə konkret təsir göstərəcək: "Bizim fundamental dəyərlərimiz tərəfdaşlığımızın təməl daşları olaraq qalacaq: insan hüquqları, qanunun aliliyi, idarəetmə və demokratiya, gender bərabərliyi və gənclərə dəstək".

Mişel əlavə edib ki, biz yalnız əməkdaşlığımızı gücləndirməklə sülhü, sabitliyi və rifahı birlikdə qura bilərik. Biz tərəfdaşlar arasında qarşılıqlı əlaqənin və regional əməkdaşlığın gücləndirilməsinə töhfə verən bütün təşəbbüsləri dəstəkləməyə hazırıq. Qarşıda görüləcək çox işimiz var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti