...

Aİ Azərbaycanla yeni hərtərəfli saziş üzrə davam edən danışıqlarda irəliləyişi alqışlayır - Bəyannamə

Siyasət Materials 16 Dekabr 2021 11:18 (UTC +04:00)
Aİ Azərbaycanla yeni hərtərəfli saziş üzrə davam edən danışıqlarda irəliləyişi alqışlayır - Bəyannamə

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Azərbaycanla yeni hərtərəfli saziş üzrə davam edən danışıqlarda irəliləyişi alqışlayır.

Trend-in məlumatına görə, bu barədə dekabrın 15-də Brüsseldə keçirilmiş Şərq Tərəfdaşlığı ölkələrinin sammitinin yekununda qəbul edilmiş bəyannamədə deyilir.

Bundan başqa, bəyannamədə Aİ-yə qaz tədarükü mənbələri və marşrutlarının şaxələndirilməsinə kömək etmiş "Cənub Qaz Dəhlizi"nin başa çatmasını alqışlayıb.

"Aİ həmişəki kimi bütün Şərq Tərəfdaşlarının beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Bizim əsas məqsədimiz Şərq Tərəfdaşlığı regionunda əlaqələrin və nəqliyyat əlaqəsinin möhkəmlənməsi də daxil olmaqla əməkdaşlığı genişləndirmək və dəstəkləməkdir", - bəyannamədə deyilir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti