...

Aİ-nin Azərbaycanda olan layihələrinin maliyyələşməsi davam edir - XİN başçısı

Siyasət Materials 4 Fevral 2022 18:30 (UTC +04:00)
Aİ-nin Azərbaycanda olan layihələrinin maliyyələşməsi davam edir - XİN başçısı

Bakı. Elçin Mehdiyev – Trend:

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında əməkdaşlığın bir hissəsi də Şərq Tərəfdaşlığı ölkələri çərçivəsində olan əməkdaşlıqdır.

Trend-in məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi ilə birgə mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, Şərq Tərəfdaşlığı çərçivəsində Aİ-nin Azərbaycanda olan layihələrinin maliyyəsi davam edir. “Azərbaycanda bizim üçün proritet olan layihələrin siyahısını Avropa İttfaqına təqdim etmişik və Avropa İttifaqı xeyli layihənin maraqlı olması barədə məlumat verib və bu məqsədlə yüksək səviyyəli işçi qrupunun yaradılması və layihələrin daha dəqiq araşdırılması təklif edilib”, - deyə nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti