...

Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına hər cür kömək etməyə hazırdır - Lavrov

Siyasət Materials 21 Mart 2022 16:04 (UTC +04:00)

Bakı. Trend:

Rusiya Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına hər cür kömək etməyə hazırdır.

Trend-in məlumatına görə, bu barədə Rusiya və Ermənistan xarici işlər nazirləri - Sergey Lavrov və Ararat Mirzoyan arasında telefon danışığı zamanı bildirilib.

Regional kontekstdə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərinin ciddi şəkildə yerinə yetirilməsinin vacibliyi vurğulanıb.

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Azərbaycan sərhədi və regionda nəqliyyat və iqtisadi əlaqələr üçün layihə fəaliyyətlərinin başlanması təsdiqlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti