...

İranın nüvə razılaşmasının imzalanmasında rəsmi Tehran məsuliyyət daşıyır - Psaki

Siyasət Materials 5 Aprel 2022 06:37 (UTC +04:00)
İranın nüvə razılaşmasının imzalanmasında rəsmi Tehran məsuliyyət daşıyır - Psaki

Bakı. Trend:

İranın nüvə razılaşmasının imzalanmasında rəsmi Tehran məsuliyyət daşıyır.

Trend TASS-a istinadən xəbər verir ki, bunu Ağ Evin sözçüsü Cen Psaki bildirib.

"Bizim qiymətləndirməmizə görə, bu sazişin bağlanmasında məsuliyyət tamamilə İranın üzərinə düşür. Vaşinqton bu sazişi imzalamağa tam hazırdır", - C. Psaki bildirib.

Eyni zamanda, Psakinin sözlərinə görə, ABŞ hesab edir ki, İran Vyanada çoxtərəfli danışıqlar zamanı nüvə sazişi ilə bağlı olmayan suallar ortaya qoyur.

"Biz gördük ki, İran Vaşinqton və Tehranın nüvə sazişinin bütün şərtlərinə qarşılıqlı riayət etməsinə heç bir aidiyyatı olmayan bir sıra məsələlər qaldırıb", - deyə Ağ Evin sözçüsü vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti