...

Hər bir azərbaycanlı “Xarıbülbül” festivalını qürurla izləyir - Sahil Kərimli SƏS TV-də (FOTO/VİDEO)

Siyasət Materials 13 May 2022 17:46 (UTC +04:00)
Hər bir azərbaycanlı “Xarıbülbül” festivalını qürurla izləyir - Sahil Kərimli SƏS TV-də (FOTO/VİDEO)

Bakı. Trend:

Mədəniyyət paytaxtı olan Şuşa şəhərində “Xarıbülbül” festivalının keçirilməsi böyük əhəmiyyətə malik bir hadisədir. Bütün dünyanın nəzəri yenə də Şuşaya yönəlib. Bundan əvvəl Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı keçirilmişdi. Bu da çox böyük bir coşqu ilə həyata keçirilən, hər birimizin qürur duyacağı bir hadisə idi.

Bu fikirləri SƏS TV-yə müsahibəsində Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib.

“Xarıbülbül” festivalı hər bir azərbaycanlı tərəfindən böyük məmnunluq və sevinclə qarşılanır. Dünən Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva festivalda iştirak etdilər. Əlbəttə ki, bu festivalın hər bir anı və dəqiqəsi bizim üçün dəyərli, yaddaqalandır. Çünki biz bu günləri həsrətlə gözləyirdik. 30 il torpaq həsrətilə, xüsusilə də Azərbaycanın döyünən ürəyi Şuşasız yaşamışıq. Bu da xalqımızda bir nisgil yaradırdı. Bu günləri sevinc və fəxrlə qeyd edirik. Builki festivalın özəlliyi qardaş Türkiyədən, həmçinin digər xarici ölkələrdən mədəniyyət xadimlərinin festivalda təmsil olunması idi. Onlar öz ölkələrinin mədəniyyətini, incəsənətini nümayiş etdirdilər. Biz bununla bütün dünyaya sübut edirik ki, tarixi torpaqlarımıza qayıtmışıq. Şuşa Azərbaycanın tarixi torpağıdır, tarixi ərazisi və mədəniyyət paytaxtıdır. Nəinki Azərbaycanın, türk dünyasının mədəniyyət paytaxtıdır. Biz bir daha göstərdik ki, sülhsevər, mədəniyyətə, tarixə və ənənələrə necə böyük dəyər verən xalqıq. Yəni, bu gün Şuşanın sahibləri Şuşadadır", - o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti