...

Prezident İlham Əliyevin Rize-Artvin aeroportunun açılışında iştirakı Türkiyənin inkişafı üçün atılan addıma verdiyi dəstəkdir - Türkiyəli tədqiqatçı

Siyasət Materials 17 May 2022 21:00
Prezident İlham Əliyevin Rize-Artvin aeroportunun açılışında iştirakı Türkiyənin inkişafı üçün atılan addıma verdiyi dəstəkdir - Türkiyəli tədqiqatçı

Trend-i buradan izləyin

Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin Rize-Artvin hava limanının açılışında iştirakı Türkiyənin inkişafı üçün atılan bu addıma verdiyi dəstəkdir.

Bu barədə Trend-in suallarını cavablayarkən Şanxay Universiteti Qlobal İdarəetmə Mərkəzinin tədqiqatçısı Selimhan Yeniacun deyib.

Onun sözlərinə görə, Rize-Artvin Hava Limanının açılması xüsusilə Şərqi Qaradəniz regionunun iqtisadi, ticari inkişafı üçün çox önəmli bir addımdır.

"Bu addımın da Azərbaycan Prezidenti İlham Əliyev ilə birlikdə gerçəkləşdirilməsi həm Şərqi Qaradəniz, həm də Cənubi Qafqaz baxımından xüsusi bir siyasi mesajdır", - deyə türkiyəli tədqiqatçı bildirib.

S.Yeniacun qeyd edib ki, Şuşa bəyannaməsi ilə siyasi, iqtisadi, mədəniyyət sahəsində Türkiyə-Azərbaycan münasibətləri daha da möhkəmlənib:

"Rize-Artvin Hava Limanının açılışı siyasi cəhətdən gücləndirilməyə çalışılan münasibətlərin faktiki göstəricisi oldu", - deyə o əlavə edib.

S.Yeniacun bildirib ki, Artvin, Rizə regionunun turizm potensialı, iqtisadiyyat üçün əhəmiyyəti və beynəlxalq uçuşlara açıq olması Türkiyə üçün vacibdir.

"Bütün bunlardan daha mühimi isə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin inkişafı üçün atılan bu addıma verdiyi dəstəkdir. Bu addım daha sonralar da bir çox sahələrdə ortaq əməkdaşlıq ediləcəyinin göstəricisidir", - deyə türkiyəli siyasi ekspert fikrini tamamlayıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mayın 14-də Türkiyəyə işgüzar səfərə gəlib. Dövlət başçıları Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak ediblər.

Təməli 2017-ci il aprelin 3-də qoyulan Rize-Artvin Hava Limanı Türkiyədə Ordu-Giresun aeroportundan sonra dənizin doldurularaq inşa edildiyi ikinci, dünyada isə beşinci hava limanıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti