...

Qalibaf yenidən İran parlamentinin spikeri seçilib

Siyasət Materials 25 May 2022 09:08 (UTC +04:00)
Qalibaf yenidən İran parlamentinin spikeri seçilib

Bakı. Elnur Bağışov – Trend:

Məhəmməd Baqir Qalibaf 3-cü dəfə olaraq İran parlamentinin sədri seçilib.

Bu barədə Trend İran parlamentinin informasiya portalına istinadən xəbər verir.

Məlumata görə, bu gün (25 may) keçirilən seçkilərdə Məhəmməd Baqir Qalibaf, Murtaza Ağa Tehrani və Feridun Abbasi parlament sədri vəzifəsinə namizədliyini irəli sürmüşdülər.

Qeyd olunur ki, səsvermədə 281 nəfər iştirak edib, 194 səslə Qalibaf yenidən sədr seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti