İstanbul. Nərmin Barış -Trend:
Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan münasibətlərində bir miladdır.
Bunu Trend-ə açıqlamasında Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, professor Aygün Attar deyib.
O qeyd edib ki, Türkiyə və Azərbaycan Şuşa Bəyannaməsi ilə
illərdir reallaşdırdığı qardaşlığı müttəfiqliyə çevirdi.
"Şuşa Bəyannaməsi hüquqi olaraq çox mühüm bir sənəddir. Bu günə
qədər Türkiyə və Azərbaycan arasında əməkdaşlığa dair bir sıra
iclaslar keçirilib, sənədlər imzalanıb, lakin Şuşa Bəyannaməsi
Türkiyə-Azərbaycan münasibətlərinin bugününə və bundan sonrakı 100
illiklərə möhür vuracaq bir sənəddir. Bir çox sahələrdə çox mühüm
maddələri özündə ehtiva edən bəyannamə iki dövlətin münasibətlərini
fərqli bir səviyyəyə çatdıran tarixi bir sənəddir. Bu bəyannamənin
türk dünyasına, Türkiyə-Azərbaycan münasibətlərinin fundamental
dəyərlərinə çox böyük töhfəsi var", - deyə A.Attar bildirib.