Bakı. Trend:
IX Qlobal Bakı Forumunun keçirilməsi dünya qarşısında dayanmış problemlərin aradan qaldırılması ilə bağlı məsələlərin müzakirəsi üçün zəruridir.
Trend-in məlumatına görə, bunu Ümumdünya İncəsənət və Elmlər Akademiyasının prezidenti Harri Yakobs “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Qlobal Bakı Forumunda beşinci dəfədir ki, iştirak edir və dünyadakı mövcud vəziyyət kontekstində bu forumu indiyədək keçirilənlər arasında ən vacibi hesab etmək olar.
"Bizə dünyanın üzləşdiyi aktual problemləri həll etmək üçün dəstək lazımdır. Sülhün vacibliyini dərk etmək zəruridir. Lokal və regional münaqişələr baş verəndə bütün dünya bu və ya digər şəkildə cəlb olunur. Ona görə də bu forumun keçirilməsi dünyada yaranmış problemlərin həllinin müzakirəsi üçün platforma qismində vacibdir", - deyə o bildirib.
(Tərcümə: Orxan Nəbiyev)