...

Azərbaycan-Litva Hökumətlərarası Komissiyasının həmsədri dəyişib

Siyasət Materials 7 İyul 2022 18:43 (UTC +04:00)

Bakı. Trend:

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 noyabr tarixli 579 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Sərəncama əsasən, “Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 noyabr tarixli 579 nömrəli Sərəncamının 1-ci hissəsində “Azərbaycan Respublikasının İqtisadiyyat naziri” sözləri “Azərbaycan Respublikasının xarici işlər naziri” sözləri ilə əvəz edilsin və həmin hissədən “Komissiya həmsədrinin müavini” və “Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini” sözləri çıxarılır.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Litva Respublikası tərəfinə müvafiq bildiriş göndərəcək.

Xəbər lenti

Xəbər lenti