...

Gürcüstanın Baş prokuroru Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib (FOTO)

Siyasət Materials 15 İyul 2022 17:28 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin dəvəti ilə Gürcüstanın Baş prokuroru İrakli Şotadzenin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Baş Prokurorluqdan Trend-ə bildirilib ki, iyulun 15-də nümayəndə heyəti Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoymuş, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.

Daha sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə tər gül dəstələri qoyublar.

Şəhidlər xiyabanından sonra qonaqlar Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Görkəmli dövlət xadiminin həyat və fəaliyyətini əks etdirən stendlərlə tanışlıq olmaqla yanaşı, onlara həmçinin Mərkəzdə yerləşən muzey və eksponatlar barədə ətraflı məlumat verilmişdir.

Səfər çərçivəsində Azərbaycanın Respublikasının Baş naziri Əli Əsədov Gürcüstanın Baş prokuroru İrakli Şotadzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycan-Gürcüstan münasibətlərinin müxtəlif istiqamətlərdə inkişaf etdiyi məmnunluqla vurğulanıb.

Bundan sonra, qonaqlar paytaxtımızın tarixi və mədəni abidələri ilə tanış olublar.
Gürcüstanın Baş prokuroru İrakli Şotadzenin rəhbərlik etdiyi heyətinin ölkəmizə rəsmi səfəri başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti