...

Azərbaycanla Əlcəzair arasında iqtisadi sahədə böyük potensial var - Nazir

Siyasət Materials 10 Avqust 2022 12:57 (UTC +04:00)
Azərbaycanla Əlcəzair arasında iqtisadi sahədə böyük potensial var - Nazir

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycanla Əlcəzair beynəlxalq platformalarda yaxşı əlaqələrə malikdirlər. İqtisadi sahədə çox böyük potensial mövcuddur.

Trend-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Əlcəzairin xarici işlər naziri Ramtan Lamamra ilə birgə brifinqdə deyib.

Nazir qeyd edib ki, Əlcəzair Azərbaycanın səfirlik təşəbbüslərinə yüksək səviyyədə dəstək verir.

İki ölkə arasında yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin çox önəmli olduğunu vurğulayan nazir Əlcəzair nümayəndə heyətinin Bakıda keçirilən Qoşulmama Hərəkatının parlament Şəbəkəsinin iclasında iştirakını ikitərəfli münasibətlərin inkişafına görə yüksək qiymətləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti