Bakı. Trend:
ABŞ-ın Qafqaz danışıqları üzrə baş məsləhətçisi Filip Riker sentyabrın 13-14-də Azərbaycana səfər edəcək.
ABŞ Səfirliyindən Trend-ə bildirilib ki, səfir Riker ABŞ-ın davamlı sülhün əldə edilməsinə yönələn Azərbaycan-Ermənistan diplomatik səylərinə dəstəyini müzakirə edəcək.
"ABŞ-ın Bakıdakı səfirliyi Qafqaz danışıqları üzrə baş məsləhətçi Filip Rikeri Azərbaycanda salamlayır", - məlumatda qeyd edilir.