Bakı. Trend:
44 günlük Vətən müharibəsi tariximizə şanlı Zəfər kimi yazıldı. Biz bununla tarixi ədaləti bərpa etdik. Vətən yolunda canından keçən şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik.
Trendin məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova sentyabrın 28-də Azərbaycan Beyin Mərkəzlərinin I Forumunda deyib.
S.Yusifova bildirib ki, hazırda dünyada gərgin proseslər baş verir, problemlər meydana çıxır.
“Bu kontekstdə beyin mərkəzlərinin fəaliyyəti artır. Beyin mərkəzləri dövlətçiliyin idarə olunması, dövlətlə cəmiyyət arasında körpü rolunu oynayır. Beyin mərkəzləri qlobal siyasi oyunçulara çevrilir. Hadisələr göstərir ki, gərgin, qlobal problemlər fonunda sabit qalan şey milli maraqlardır”, - deyə o əlavə edib.