Füzuli. Trend:
Azərbaycan beyin mərkəzləri I Forumunun iştirakçıları Füzuli beynəlxalq hava limanında olub.
Trend-in müxbiri bildirir ki, qonaqlar hava limanının infrastrukturu ilə tanış olublar.
"Füzuli hava limanı rekord müddətdə, 8 ay ərzində istismara verilib. Bu gün Bakıdan Füzuliyə 35 dəqiqəyə çatmaq mümkündür. Füzuli hava limanı həm də beynəlxalq reysləri qəbul etməyə başlayıb", - deyə qonaqlara məlumat verilib.
Qeyd edək ki, bu gün Azərbaycan beyin mərkəzləri I Forumunun iştirakçılarının azad edilmiş ərazilərə səfəri başlayıb.
(Tərcümə: Orxan Nəbiyev)