...

Azərbaycan beyin mərkəzləri I Forumunun iştirakçıları Şuşa şəhərinin tarixi mərkəzində gəzintiyə çıxıb (FOTO)

Siyasət Materials 29 Sentyabr 2022 16:50 (UTC +04:00)
Azərbaycan beyin mərkəzləri I Forumunun iştirakçıları Şuşa şəhərinin tarixi mərkəzində gəzintiyə çıxıb (FOTO)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Şuşa. Trend:

Azərbaycan beyin mərkəzləri I Forumunun iştirakçıları Şuşa şəhərinin tarixi mərkəzində gəzintiyə çıxıb.

Trend-in müxbiri bildirir ki, qonaqlar, ilk növbədə, Bülbül, Natəvan və Üzeyir Hacıbəyli kimi görkəmli şəxsiyyətlərin erməni işğalçıları tərəfindən güllələndiyi büstləri ilə tanış olublar.

Daha sonra forum iştirakçıları Şuşa qalasını ziyarət edib, onlara qalanın tarixi barədə məlumat verilib.

Gəzinti Cıdır düzünün ziyarət olunması ilə başa çatıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti