...

Azərbaycanın azad edilmiş ərazilərin bərpası üzrə səylərindən heyranlıq duyuram - Pakistanlı diplomat

Siyasət Materials 29 Sentyabr 2022 17:20 (UTC +04:00)
Azərbaycanın azad edilmiş ərazilərin bərpası üzrə səylərindən heyranlıq duyuram - Pakistanlı diplomat
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Şuşa. Trend:

Azərbaycan hökumətinin azad edilmiş ərazilərdə apardığı bərpa işlərindən heyranlıq duyuram.

Bunu Trend-ə pakistanlı diplomat, Pakistan Strateji Araşdırmalar İnstitutunun sədri Xalid Mahmud Şuşada Azərbaycan beyin mərkəzləri I Forumu çərçivəsində deyib.

"Mən işğalçı qüvvələrin törətdiyi dağıntıları görəndə çox kədərlənmişdim. Mülki əhalinin həyatının məhv edilməsi, infrastrukturun dağıdılması ilə yanaşı, həm də ziyarətgah yerləri, məscidlər təhqir olunmuşdu. Bütün torpaq minalarla örtülüdür, bu da bərpa prosesini çətinləşdirir", - deyə o bildirib.

O əlavə edib ki, eyni zamanda, Azərbaycan hökumət və xalqının bərpa prosesində göstərdiyi səyləri görmək sevindiricidir.

"Ağıllı" kəndlər və şəhərlər, Füzuli hava limanı kimi təşəbbüslər heyranedicidir. Azərbaycan hökumətinin və xalqının səyləri heyranlıq doğurur", - pakistanlı diplomat deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti