...

Prezident İlham Əliyev: SOCAR-ın Bolqarıstandakı ofisinin açılması vaxtı çatıb

Siyasət Materials 30 Sentyabr 2022 18:52 (UTC +04:00)
Prezident İlham Əliyev: SOCAR-ın Bolqarıstandakı ofisinin açılması vaxtı çatıb

Trend-i buradan izləyin

Bakı. Trend:

SOCAR-ın Bolqarıstandakı ofisinin açılması vaxtı çatıb və əminəm ki, biz yaxın vaxtlarda bunu da edəcəyik.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevlə mətbuata bəyanatlarla çıxış edərkən bildirib.

"Bu gün artıq Prezident də qeyd etdi, SOCAR-ın Bolqarıstanda ofisinin açılması məsələsi müzakirə olundu. Biz enerji sahəsində təkcə təbii qazın ixracı ilə işimizi bitmiş hesab etməməliyik. Biz enerji ilə bağlı olan digər məsələləri müzakirə etdik. Elektrik enerjisinin ixracı və bu sahədə qarşılıqlı faydalı əməkdaşlıq, xam neftin Bolqarıstan istiqamətinə nəqli, Bolqarıstanda enerji infrastrukturunun yenilənməsində SOCAR-ın mümkün iştirakı və digər məsələlər müzakirə olundu. Bir sözlə, SOCAR-ın Bolqarıstandakı ofisinin açılması vaxtı çatıb və əminəm ki, biz yaxın vaxtlarda bunu da edəcəyik", - dövlət başçısı qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti